Kompüter Elmləri ilə İnformasiya Texnologiyaları arasındakı fərq nədir? Bu, texnologiya sahəsində karyera qurmaq istəyən insanların çoxunun verəcəyi bir sualdır. Məsələni daha mürəkkəb etmək üçün bu məsələyə əlavə edilməli olan əlavə bir mövzu daha var. Bu Kompüter Mühəndisliyidir.

Kənardan baxıldıqda bu üç mövzu eyni mənaya gəlir. Onların hamısı kompüter və texnologiya ilə bağlıdır. Amma daha dərin perspektivdən baxdıqda bunlar tamamilə fərqlidir. Bəs fərq nədir? Bu məqalədə biz Kompüter Elimləri, Kompüter Mühəndisliyiİnformasiya Texnologiyaları arasındakı fərqlərə baxacağıq. Ayrıca hər mövzunun mümkün kariyeralarına da nəzər salacağıq.

Kompüter Elmləri, Kompüter Mühəndisliyi və İnformasiya Texnologiyaları arasındakı fərq nədir?


1. Kompüter Elmləri


Kompüter Elmləri, elmin bütün əsas cəhətlərini özündə cəmləşdirir. Kompüter proqramlarının niyə müəyyən bir şəkildə davrandığına cavab verir. Fərqli tətbiqlərin nəzəriyyələrinə bir izahat vermək üçün daha dərinə gedir. Kompüter Elmləri həmçinin hesablama problemlərini həll etmək üçün istifadə edilə bilən alqoritmləri hazırlamaq üçün inkişaf etmiş hesablamalardan istifadə edir.

Bir kompüter alimi olaraq, məlumatları manipulyasiya və idarə etmək üçün istifadə edilə biləcək yeni yollar tapmaqdan məsuliyyət daşıyacaqsınız. Əməliyyat sisteminin və proqramın necə işlədiyini daha yaxşı anlayacaqsınız.

Kompüter Elmləri, sizə hər bir kod sətrindən məna çıxarmağınıza kömək edəcəkdir.  Siz həmçinin fərqli proqramlaşdırma dillərinin, diskret riyaziyyatın və proqram təminatının işlənməsinin əsas prinsiplərini öyrənəcəksiniz. Bu sizə kompüter işində fərqli bir prossesin necə işlədiyini aydın şəkildə izah edəcəkdir. Ümumiyyətlə, kompüter elmləri sizə kompüterlə danışmaq imkanı verir.

Kompüter Elmlərində Karyera:

Kompüter Elmində dərəcə qazandıqdan sonra işliyə biləcəyiniz karyeralardan bəziləri:

  • Sistem Mühəndisi(Systems Engineer): Əməliyyat sistemləri haqqında biliklərdən istifadə edərək cihazların əməliyyat sistemlərini dizayn edə və yarada biləcəksiniz.
  • Proqram inkişaf etdirici(Software Developer): Bu iş bir proqram tətbiqetməsini sıfırdan mənalı bir şeyə çevirməyə imkan yaradır.
  • Veb inkişaf etdirici(Web Developer): Bir veb inkişaf etdirici olaraq veb saytın arxa planı ilə məşğul olacaqsınız. Siz həmçinin veb saytın fərqli komponentlərini inteqrasiya etmək üçün də məsuliyyət daşıyacaqsınız.

2. Kompüter Mühəndisliyi


Kompüter mühəndisliyi, kompüterin müxtəlif komponentlərini bir araya gətirərək, onların problemsiz işləməsini təmin etməyi nəzərdə tutur. Sertifikatlı bir kompüter mühəndisi olaraq, kompüterin mikroçipləri, səs kartları, elektron lövhələr və digərləri kimi müxtəlif komponentlərini öyrənmək, dizayn və inkişaf etdirmək sizin məsuliyyətinizdə olacaq.

Kompüter mühəndisliyi, kompüterin həm aparat(hardware), həm də proqram(software) komponentlərini əhatə edir. Bunun səbəbi, bir kompüter mühəndisi olaraq, iki aspektin yaxşı bir şəkildə inteqrasiyasını təmin etmək üçün məsuliyyət daşıyacaqsınız. Məsələn, müəyyən kompüter proqramları ilə uyğunlaşacaq bir prosessor dizayn etməli və inkişaf etdirməli olacaqsınız. Ayrıca, xüsusi cihazlarda optimal səviyyədə işləyə biləcək bir cihaz hazırlamalısınız.

Kompüter mühəndisliyi informatika, riyaziyyat və mühəndislik anlayışlarını əhatə edir. Bu birləşmə bir kompüter mühəndisinə konkret həllər təqdim etmək üçün bilik və bacarıq verir.

Kompüter Mühəndisliyində karyera imkanları:

  • Kompüter elektronikası istehsalı: Kompüter komponentləri istehsalında ixtisaslaşmış bir şirkətdə işləyə bilərsiniz.
  • Kompüter sistemi dizayneri: Bir kompüter mühəndisi, sistem dizayn rollarını yerinə yetirmək üçün vəzifəlidir.
  • Elmi tədqiqat(Scientific research): Kompüter mühəndisləri tədqiqat firmalarında da işləyə bilərlər.

3. İnformasiya Texnologiyaları(İT)


Bəzi insanlar bunu informasiya sistemləri adlandırırlar. Əsasən, İT mütəxəssisləri yaratmaqdan daha çox mövcud texnologiyalardan istifadə edirlər. Onlar müəssisələrə və ümumi istehlakçılara təsir göstərən problemləri həll etmək üçün əməliyyat sistemləri və proqram təminatı kimi mövcud məhsullardan istifadə edirlər.

İT mütəxəssisləri, mövcud texnologiya və xidmətin göstərilməsi arasında qüsursuz əlaqənin olmasını təmin edirlər. Böyük ehtimal ki, vaxtlarının çoxunu texnoloji şöbədən kənar insanlarla ünsiyyətdə keçirirlər.

Bu, biznes sahibləri və hətta iş yoldaşları ola bilər. Bu karyerada əhatə olunan bəzi mövzulara kompüter şəbəkəsi, verilənlər bazası sistemləri, kiber təhlükəsizlik və bəzi təməl riyaziyyat mövzuları daxildir.

İnformasiya Texnologiyalarında(İT) karyera imkanları:

  • Verilənlər bazası administratoru(Database administrator): Burada şirkətlər üçün verilənlər bazalarını təşkil edəcək və baxımını edəcəksiniz.
  • Şəbəkə mühəndisi(Network engineer): Şəbəkə Mühəndisi kompüter şəbəkələrinin dizaynını, qurulmasını və saxlanmasını tələb edir.
  • İnformasiya təhlükəsizliyi üzrə analitik: Bu iş, qurumlarda sistemlərin təhlükəsizliyini təmin etmək və kiber hücumların qarşısını almağı tələb edir.
  • Sistem administratoru(System administrator): Sistem administratoru bir təşkilatda kompüter, verilənlər bazası və şəbəkə sistemlərinin baxımını tələb edir.

Nəticə

Nəticə olaraq, kompüter mütəxəssisi(computer scientist) proqram təminatı və tətbiqləri layihələndirir və inkişaf etdirir, kompüter mühəndisi kompüterlər qurur, İT mütəxəssisi isə kompüter proqramlarından və onların əlaqəli komponentlərindən istifadə edir və problemləri həll edir. Bütün bu mütəxəssislər, bir kompüter sisteminin gözlənildiyi kimi yaxşı bir performansda işləməsini təmin etmək üçün birlikdə çalışırlar.