Virus nədir?

Virus nədir? 

Kompüter virusu və ya virus  uzun müddətdir həyatımızda olan bir anlayışdır. Viruslar qanuni fayllara və proqramlara girərərək,  virusa yoluxmuş veb saytlar, flash sürücülər və e -poçtlar vasitəsilə yayılır. Qurban, yoluxmuş proqramı və ya faylı açaraq virusu aktivləşdirir. Virus aktivləşdirildikdən sonra faylları silə və ya şifrələyə, tətbiqləri dəyişdirə, sistem funksiyalarını deaktiv edə bilər. Onların ən əhəmiyyətli xüsusiyyəti, digər fayllarda gizlənmələri və çoxalmalarıdır. Viruslar malware(zərərli proqramlar) kateqoriyasına daxildir.

Virus növləri?

 Çox fərqli virus növləri var. Bunlardan ən çox yayılmış olanları göstərəcik:

1. Polymorphic virus (Polimorf virus)hər dəfə faylı yoluxdurarkən öz strukturunu dəyişə bilən kompüter virusu növü. Strukturunun dəyişkənliyi səbəbindən antivirus proqramlarının belə virusları aşkarlaması və yox etməsi çox çətin olur, bəzən isə mümkün olmur. Virus proqramları bu virusun qarşısını almaq üçün ehtimal nəzəriyyəsinə dayalı texnologiyalardan istifadə edirlər. Ən təhlükəli virus növlərindəndir. Polimorf virusların yaradılmasında, adətən, mutasiya maşınlarından istifadə olunur.

  Əlaqəli: Bütün Zamanların Ən Çox Zərər Verən Kompüter Virusları

2. Rezident virus - Bu tip viruslar özünü sistem yaddaşına yerləşdirir. Rezident virus özünü kompüterin yaddaşında saxlayır, bu da kompüterdəki faylları yoluxdurmağa imkan verir. Rezident viruslar ciddi problem yarada bilərlər, çünki RAM-da gizlənərək, antivirus proqramlarından yayınaraq görünməz ola bilərlər.

3. Makro virus - Bu tip viruslara ümumiyyətlə Microsoft Word və ya Excel kimi proqramlarda rast gəlinir. Makro viruslar,  zərərli kodlarını Word fayldakı  makro sıralarına əlavə edə bilər. Köhnə, lakin yenə də təhlükəli bir zərərli proqram növü olan makro viruslar hakerlər arasında yenə də populyar olaraq qalır.

4. Browser Hijacker - Bu virus brauzerinizin parametrlərini hədəfləyir və dəyişdirir. Brauzerinizi bilmədiyiniz  digər zərərli saytlara yönləndirdiyinə görə tez -tez brauzer yönləndirmə virusu adlanır. Bu virus, brauzerinizin standart ana səhifəsini dəyişdirmək kimi digər təhdidlər yarada bilər.

5. File İnfector(fayl virusu) - İcra olunan faylları (.exe) hədəf alaraq, fayl infector virusları proqramları ləngidir və istifadəçi işlədikdə sistem fayllarını zədələyir. Bu virusa bəzən,  .exe və ya .com uzantıları olan faylları yoluxduran parazit virus da deyilir. 

Kompüterin virusa yoluxduğunu necə bilərik?

1. Kompüteriniz əvvəlkindən daha yavaş işləyirsə

1. Kompüteriniz əvvəlkindən daha yavaş işləyirsə

2. Kompüteriniz tez -tez donursa

3. Kompüterinizin sistemi bir neçə dəqiqədən bir çökürsə və yenidən başlayırsa

4. Kompüterdəki tətbiqlər düzgün işləmirsə

5. Kompüterinizin ekranı birdən qaralırsa və ya ekran tez tez xəta bildirişi verirsə

6. Disk sahəsi sürətlə tükənir və ya disklər və disk sürücüləri cavab vermirsə

7. Kompüterinizin RAM-ı tez-tez azalırsa və ya çox RAM istifadə etməyə çalışırsa

8. Mənşəyi bilinməyən fayllar və qovluqlar ekranda çıxırsa


Viruslardan necə qorunmaq olar?



Kompüter virusları ilə mübarizə aparmaq önəmli bir məsələdir. Çünki viruslar kompüterin və proqramların səmərəli işləməsinə mane olur. Əvvəlcə kompüterinizdə lisenziyalı və daim yenilənən bir antivirus proqramından istifadə edin. Sizlərə Malwarebytes, Kaspersky,Bitdefender, Mcafee və Norton Antivirus proqramlarından birini məsləhət görərdim. Bu proqramlar yeni çıxan viruslara qarşı daim yeniləndiyindən, kompüterinizdə virus yoluxması riskini minimuma endirir.

Etibarsız saytlardan fayl yükləyərkən diqqətli olun, mümkünsə yükləməyin, antivirus proqramınızla yüklədiyiniz faylın virus olub olmadığını yoxlayın. Tanımadığınız adamlardan gələn e-poçtları açmayın və e-poçtdakı bağlantıları klikləməyin.

Çox vaxt qabağınıza çıxan, ödənişli proqramları pulsuz şəkildə verən saytlarda kı, crackli fayılları yükləməyin. Bunlar qanunsuz olduğundan içlərində virus olma ehtimalı yüksəkdir.