Software nədir?

Bu yazıda Software nədir? sualını cavablandırmağa çalışacağıq.

Software(Proqram Təminatı), kompüterləri işə salmaq və müəyyən vəzifələri yerinə yetirmək üçün istifadə olunan təlimatlar, məlumatlar və ya proqramlar toplusudur. Software(Proqram Təminatı), kompüterlərdə, cib telefonlarında, planşetlərdə və ya digər ağıllı cihazlarda işləyən kompüter proqramlarını müəyyənləşdirmək üçün istifadə olunan ümumi bir termindir. Məsələn, şəkilləri redaktə etməyə imkan verən "Photoshop", internetə çıxışı təmin edən "Chrome" və ya veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş PHP kimi.

Proqramların yerinə yetirdikləri işlərin növünə görə prqoram təminatını(software) bir sıra siniflərə ayırmaq olar.

Proqram təminatının əsas iki sinifi bunlardır:

Sistem proqramları(System Software): Fayılların emalı və ekranın idarəolunması kimi çox zəruri, ancaq çox zaman üzdə görünməyən, ağır əməliyyatları yerinə yetirir. Məsələn, tez -tez eşitdiyimiz Windows əməliyyat sistemi buna misal verilə bilər. Sistem proqramlarının bəzi nümunələri:

Masaüstü kompüterlər, noutbuklar və planşetlər üçün:

Microsoft Windows

Mac (Apple cihazları üçün)

Linux

Smartfonlar üçün:

Apple -ın iOS

Google Android

Windows Phone əməliyyat sistemi

Tətbiq proqramları(Application Software): İstifadəçilərə müəyyən əməliyyatları yerinə yetirməyə imkan verən proqramlardır.Məsələn, musiqi dinləmək, şəkil çəkmək, internetdə gəzmək.Xüsusi işlər görməyinizə imkan verən tətbiq proqramlarının bəzi nümunələri:

MS Excel: Məlumatların təqdim edilməsi və təhlili üçün istifadə edə biləcəyiniz elektron tablo proqramıdır.

Photoshop: Adobe tərəfindən hazırlanmış bir şəkil redaktə proqramdır. Şəkillərinizi görmə qabiliyyətini artırmaq, kataloqlaşdırmaq və paylaşmaq üçün istifadə edə bilərsiniz.

Skype: Video söhbət, səsli zəng və ani mesajlaşma üçün istifadə edə biləcəyiniz bir onlayn ünsiyyət tətbiqidir.