Hardware Nədir?
Azərbaycan dilinə aparat təminatı və ya avadanlıq kimi tərcümə olunan hardware; kompüterin fiziki qurğularının və ya onun ayrı-ayrı hissələrinin, o cümlədən periferiya qurğularının ümumi adı. Sadə şəkildə desək: kompüterin görünən, toxunula bilən və kompüteri təşkil edən fiziki hissələrinə avadanlıq və ya aparat təminatı(hardware) deyilir. Məsələn; Video Kart, Anakart, Klaviatura, Monitor, Siçan, Printer, Harddisk kimi komponentlər. Avadanlıqlar sistem blokunun içərisində və ya xaricində yerləşdirilə bilər.
Əlaqəli:
Software nədir?Kompüter Avadanlıqlar(Hardware) iki hissəyə bölünür: Daxili Avadanlıq (Internal Hardware) və Xarici Avadanlıq (External Hardware).
Daxili Avadanlıq (Internal Hardware): Bir avadanlıq başqa bir avadanlıqın içərisinə yerləşdirilərsə, buna Daxili Avadanlıq deyilir. Bunlara sistem blokunun içərisindəki avadanlıqlarda deyilir. Məsələn: Ana plata, Video Kart, RAM, Prosessor.
Xarici Avadanlıq (External Hardware): Sistem blokunun içərisində deyil, xaricində olan qurğulara Xarici Avadanlıq deyilir. Məsələn: Kamera, Printer, USB, İnfraqırmızı Skaner.
Bunun əksinə olaraq, proqramlar və verilənlər kompüterin proqram təminatını(SOFTWARE) təşkil edir.