Niyə Linux Kompüter Elmləri tələbələri üçün ən yaxşı əməliyyat sistemidir?

Niyə Linux Kompüter Elmləri tələbələri üçün ən yaxşı əməliyyat sistemidir?

Güman edək ki, kompüter elmləri ixtisası üzrə təhsil almağı planlaşdırırsınız və ya artıq bu sahədə işləyirsiniz. Windows və Linux arasında əsas əməliyyat sisteminiz hansı olmalıdır? Bəzi insanlar Windows-u, digərləri isə Linux-u dəstəkləyirlər.Sizi bitmək bilməyən bir müzakirəyə qarışdırmamaq üçün Linux-un Kompüter Elmində əsas OS(əməliyyat sistemi) olması səbəblərinin açıqlayacağam.

  • Linux açıq mənbə əməliyyat sistemidir

Kompüter elmləri tələbəsi olaraq, texniki bir insansınız.Yalnız bir proqramın səthdən necə işlədiyi ilə maraqlanmırsınız eyni zamanda daha dərinlərdə nə baş verdiyini də bilmək istəyirsiniz. Açıq mənbə əməliyyat sistemi olaraq, Linux istifadəçilərə necə işlədiyini görmək gücünü verir. Bunun səbəbi açıq mənbəli əməliyyat sistemi olmasıdır.

Bu Windows əməliyyat sistemində tapa bilməyəcəyiniz bir xüsusiyyətdir. Yaxşı xəbər budur ki, Linux əməliyyat sisteminin açıq mənbəli olmasının yeganə faydası bu deyil.

  • Linux daha etibarlıdır

Kiberhücumlar haqqında statistikanı öyrənməyə həvəslisinizsə, təhlükəsizlik baxımından Linux və Windows əməliyyat sistemləri arasındakı fərqi görmüsünüz. Windows kiber hücumlara qarşı həssasdır. Bu istifadəçilər güclü Antivirus proqramları quraşdırsalarda belə olur.

Digər tərəfdən, Linux əməliyyat sistemində hack hadisələri haqqında nadir hallarda eşitəcəksiniz. OS rəqibindən daha etibarlı görünür. Əlbəttə ki, Linux-un Windows-dan daha etibarlı olmasına səbəb olan bir neçə amil var. Bunlardan bəzilərinə depo və paket idarəetməsi daxildir. Açıq mənbə OS olması cəmiyyətin daima OS-in təhlükəsizlik sistemini yeniləməsi deməkdir.

Antivirus proqramına çox pul xərcləmək istəmirsinizsə, Linux sizin əsas əməliyyat sisteminiz olmalıdır.Həmçinin təhlükəsizlik riskləri barədə də narahat olmaq məcburiyyətində olmayacaqsınız.

  • Linux pulsuzdur

Bu Linux əməliyyat sisteminin daha bir faydasıdır.Siz onu heç bir ödəniş etmədən əldə edirsiniz. Sizə lazım olan yalnız Linux icmasına daxil olmaq və Linux əməliyyat sistemini kompüterinizə yükləməkdir. Doğrulama kodlarını almaq və ya başqa bir ödəniş formasını çıxarmaq sizdən tələb olunmayacaq.

Windows əməliyyat sisteminə gəldikdə isə vəziyyət fərqlidir. Əməliyyat sistemini alarkən bir miqdar pul ödəməlisiniz.Bu bəs deyilmiş kimi, antivirus proqramı üçün də ödəniş etməyiniz tələb olunacaq. Linuxu əsas əməliyyat sisteminiz halına gətirməklə bütün bu xərclərin qarşısını ala bilərsiniz. Bundan sonra həmin pulu onlayn olaraq bəzi mənalı proqramlaşdırma kursları üçün xərcləyə bilərsiniz.

  • Linux proqramçıya faydalıdır

Linuxun əməliyyat sistemi demək olar ki, bütün proqramlaşdırma dillərinə tam dəstək verir.Baxmayaraq ki, Windows əməliyyat sistemidə eynidir amma Linux proqramçıya daha faydalıdır. C, C++, Java, Perl və ya hər hansı digər bir proqramlaşdırma dilindən istifadə edərək proqram qurmaq istəyirsinizsə, Linuxda Windows-a nisbətən daha rahat bir vaxt keçirəcəksiniz.

Bəs, Linux niyə proqramçılar üçün üstünlük verilən bir əməliyyat sistemi sayılır? Bunun səbəblərdən biri Linux terminalının Window’un əmr xəttindən daha güclü olmasıdır. Xüsusilə proqramlaşdırma üçün hazırlanmış bir çox kitabxanaya sahibdir. Ayrıca terminalda proqramçılar üçün vəzifələri asanlaşdıran paket meneceri də var.

Proqramçıların Linux-u Windows-dan üstün tutmasının başqa bir ümumi səbəbi bash scripting xüsusiyyətidir. Ayrıca, Linux əməliyyat sistemi, proqramlaşdırma serverləri  üçün vacib olan SSH üçün kifayət qədər dəstək verir.

Bir kompüter elmi olaraq proqramlaşdırma həyatınızın bir hissəsi olacaq.Əgər işləri daha asan bir hala gətirmək istəyirsinizsə Linux-u əsasa əməliyyat sisteminiz halına gətirməlisiniz.

  • Dövri Proqram Yeniləmələri

Proqram yeniləmələrinə gəldikdə, Linux rəqibi Windows ilə müqayisədə daha çox proqram yeniləməsi etməyə çalışır. Kompüter elmləri tələbəsi olaraq, mövcud ekosistemlə hər zaman aktual olan bir əməliyyat sistemindən istifadə etmək istəyarsiniz.

Microsoft, proqram yeniləmələr üçün yavaş olmağa meyllidir.Yeniləmələr yalnız müəyyən bir problemlər toplusu əldə edildikdən sonra baş verir. Əks təqdirdə, əməliyyat sistemini hazırkı formada istifadə etməyə davam edəcəksiniz.

Vəziyyət Linux əməliyyat sistemində tamamilə fərqlidir. Adətən müntəzəm olaraq yayımlanan bir neçə yeniləmə ilə qarşılaşırsınız.

  • Linux köhnə kompüterlərdə də faydalıdır (dostdur)

Əməliyyat sistemləri zamanla inkişaf edir. Bunu edərkən, texniki xüsusiyyətləri də bir-birinin tələbinə uyğun olaraq inkişaf etməyə meyllidir.Məsələn, Windows 10 –u işlətmək üçün kompüteriniz müəyyən minumum tələblərə cavab verməlidir.Əks təqdirdə, əməliyyat sistemi hər hansı bir aşağı səviyyəli kompüterdə işləyə bilməz.

Bu kohnə kompüter sistemidə işləyə bildiyinə görə Linux üçün biraz fərqlidir.Ancaq bu hər hansı bir Linux paylamasının köhnəlmiş bir prosessoru olan hər hansı bir sistemə uyğun olacağı demək deyil. Linuxun əsas üstünlüyü, aşağı səviyyəli cihazlara uyğun bir paylama qurma seçiminiz olmasıdır.

  • Linux bir çox paylanmaya (bölgu) malikdir

Yuxarida qeyd edilənləridə nəzərə alsaq Linux çox faydalı bir əməliyat sistemidir.Aralarından seçim edə biləcəyiniz bir çox bölguyə malikdir. Windows’un fərqli istifadələr üçün fərqli paylamaları olmasına baxmayaraq, qiymət və lisenziyalaşdırma problemi ilə əlaqədar istədiyiniz vaxt hərəkət edə bilməzsiniz.

Linux üçün ehtiyaclarınıza tam cavab verən hər hansı bir paylama seçə bilərsiniz. Hackerlər üçün və ya adi hesablama üçün bir paylama istəsəniz, bunu etməkdə azad olacaqsınız.

  • Linux’un möhtəşəm cəmiyyət dəstəyi var

Linux əməliyyat sistemində bir problemlə qarşılaşdıqda mütəxəssis çağırmağa ehtiyac yoxdur.Probleminizi hər hansı bir Linux icma formuna göndərin və ehdiyacınız olan köməkliyi əldə edəcəksiniz.Açıq mənbəli bir əməliyat sistemi olmaq geniş və faydalı cəmiyyətin arxasındakı səbəbdir.

Bu səbəblər kifayət qədər inandırıcıdırmı? Hələ də Windows və əsas əməliyyat sisteminizi istifadə etmək niyyətindəsinizsə, bunun səbəbləri nədir? Şərh hissəsində bizə bildirin.