GULP nədir ?

GULP Nədir ?

Gulp qısaca "javascript tapşırıq icraçısıdır (Javascript task runner)". Gulp kimi, Grunt-da geniş şəkildə tanınır, lakin burada Gulp-un daha yaxşı və ya Grunt-un daha yaxşı olduğunu müzakirə etmədən bəzi əsas Gulp tapşırıqlarını yazacağam.

İlk növbədə, bizim npm paket menecerimiz olmalıdır, əks halda NodeJS-in rəsmi saytı olan nodejs.org-dan kompüterimizə NodeJS-i quraşdırmalıyıq.Bunun üçün ətraflı Npm nədir ? adlı məqaləmizi oxuyabilərsiniz. Quraşdırdıqdan sonra terminala və ya command prompt-a keçin.

npm init

Yazaraq hərhansı bir qovluğda package.json faylımızı yaradaq package.json bizdən müəllif, github repository, version və keywords kimi məlumatları daxil etməyimizi istəyəcək.... Layihənizi GitHub və ya Bitbucket-də saxlamağı məsləhət görürəm. Sonra Gulp-u qlobal olaraq kompüterinizə quraşdırmaq üçün

npm install --global gulp-cli

yazmalıyıq. Bu şəkildə, kompüterimizdə Gulp's cli (Command Line Interface) quraşdırılmış olacaq, bu, terminalımızda Gulp-in gulp əmrindən (command) istifadə etməyə imkan verəcəkdir. Bu prosesi etdikdən sonra Gulp tapşırıqlarını yazmağa başlayaq.

Birincisi, biz inkişaf asılılığı (development dependency) ilə local olaraq Gulp-u endirməliyik. Bu yolla, başqa bir developer package.json olan qovluqda npm install əmrini işlədəcək və lazımi paketləri endirəcək.

npm install --save-dev gulp

İndi layihəmizin kökü (root) olan package.json faylının olduğu qovluqda gulpfile.js adlı javascript faylı yaratmalıyıq. Bəli Gulp javascriptin kitabxanasidir, çünki Gulp NodeJS tərəfindən dəstəklənir. gulpfile.js faylımıza aşağıdakı kod blokunu yazmaqla, ən sadə qulp tapşırığını yaradacağıq.

let gulp = require('gulp');

gulp.task(‘default’, function() {
// tələb olunan task bura yazılmalıdır.
});

default təməl tapşırıqdır və bunu işə salmaq üçün;

gulp

və ya

gulp default

Yazaraq işə sala bilərsiniz.