Npm nədir ?
Npm nədir ?
Npm-nin nə olduğunu bilmək Node.js ilə işləyənlər üçün çox vacibdir. Həmdə Node-un uğurunun əsas amillərindən biri JavaScript proqramçılarına lodash və moment kimi faydalı paketləri tez və asanlıqla paylaşmağa imkan verən məşhur paket meneceri npm-dir.
Npm nə işə yarayır?
Npm, brauzerlər və serverlər kimi onlayn platformalarla qarşılıqlı əlaqədə kömək edən bir əmr sətiri vasitəsidir. Bu alət layihəni yerinə yetirmək üçün tələb olunan paketlərin quraşdırılmasına və silinməsinə, versiya və asılılığın idarə edilməsinə kömək edir. Yəni Npm-dən istifadə edərək, lazım gələrsə, paketləri quraşdıra, paketləri yeniləyə və layihəmizdə lazımsız paketləri silə bilərik.
Hal-hazırda, Npm ilə layihələrimizə daxil edə biləcəyimiz 1 milyondan çox Css və JavaScript paketləri var. Siz hətta Css və ya JavaScript kitabxanası yaza və onu dünyada ki, bütün developer-lərə təklif edə bilərsiniz. Mövcud Npm paketlərini nəzərdən keçirmək üçün Npm-in rəsmi saytına daxil ola bilərsiniz.
Npm-i kim yaradıb ?
Isaac Z. Schlueter, Forrest Norvell, Robert Kowalski, Domenic Denicola, Tim Oxley, Evan Meagher |
---|
Tərəfindən Javascript dili vasitəsiylə yaradılıb.
Rəsmi saytı: npmjs.org
Sadə npm əmrləri
npm i <packageName> : yerli paketi quraşdırır.
npm i -g <packageName> : qlobal paketi quraşdırır.
npm un <packageName> : yerli paketi silir.
npm up : paketləri yeniləyir.
npm t : testləri həyata keçirir.
npm ls: bütün quraşdırılmış modulları sadalayır.
npm ll : modulların siyahısı zamanı əlavə paket məlumatlarını çap edir.
Npm-i necə yükləmək olar ?
Npm quraşdırmaq üçün kompüterə node.js quraşdırmaq kifayətdir. Node.js-i quraşdırdığınız zaman, npm-də avtomatik olaraq kompüterinizə quraşdırılacaq.
Node js yükləmək üçün quraşdırma faylını yükləyin: nodejs.org ünvanını keçid edin. Ən son LTS quraşdırma faylını "Recommended for Most Users" yazan düyməni klikləməklə kompüterinizə endirin.