WWF nədir?

WWF – Ümumdünya Vəhşi Təbiət Fondu (World Wide Fund For Nature, WWF) tərəfindən işlənib hazirlanmış elektron sənəd formatı. Dünyada kağızdan istifadəni azaltmaq məqsədilə yaradılmış WWF formatlı sənədi texniki olaraq printerdə çap etmək mümkün deyil. WWF formatlı məşhur PDF formatına əsaslanır, ona görə də PDF formatını dəstəkləyən tətbiqi proqramların hamısı WWF ilə də işləyə bilir.