WhatsApp -ın çökdüyü gecə Telegram 70 milyon yeni istifadəçi qazandı

Mesajlaşma platforması olan Telegramın qurucusu Pavel Durov,  Facebook, İnstagram və WhatsApp  platformalarının çökdüyü gecə 70 milyon yeni istifadəçi qazandıqlarını açıqladı.

Bir neçə gün əvvəl dünyada qlobal internet problemi yaşandı. Facebook da daxil olmaqla İnstagram, WhatsApp və Messenger-ə insanlar 6 saat boyunca daxil ola bilmədilər. Kəsintinin 6 saatdan çox davam etməsi bu hadisənin tarixə düşməsinə səbəb oldu. Ancaq bu, Facebook, İnstagram, WhatsApp-a  zərər verərkən rəqib tətbiqlərə böyük fayda gətirdi.

Dünyanın ən populyar ani mesajlaşma tətbiqi olan WhatsApp-ın çökməyi, üstəlik bunun 6 saat davam etməsi istifadəçiləri haqlı olaraq alternativlərə yönəldirdi.

Pavel Durov: 70 milyon yeni istifadəçimiz var  

Telegram -ın qurucusu Pavel Durov, " Facebook, İnstagram və WhatsApp-ın çökdüyü gecə boyunca Telegram -ın gündəlik artım sürətinin normadan artıq olduğunu və bir gündə 70 milyondan çox istifadəçininin gəldiyini " söylədi.

O, əlavə etdi ki,  platformadan milyonlarla istifadəçi eyni anda qeydiyyatdan keçməyə tələsdikləri üçün bəzi istifadəçilərimiz daha aşağı sürətlə qarşılaşmış ola bilərlər, lakin xidmət əksər istifadəçilər üçün hər zamanki kimi normal işləyirdi.

Facebook problemindən təkcə Telegram istifadə etməyib. WhatsApp və Telegram -ın rəqibi olan Signal , milyonlarla yeni istifadəçinin təhlükəsiz mesajlaşma platformasına qoşulduğunu da söylədi.

Bu hadisə Facebook və Facebook-a bağlı xidmətlərdə yaranan ilk hadisə deyil. Əvvələrdə belə problemlər yaranmış və milyonlara istifadəçi Telegram və Signal platformalarına keçmişdir. Elə bu yaxınlarda WhatsApp məxfilik siyasətini yenilədikdə düzgün izah edə bilmədiyi üçün hər iki platforma milyonlarla yeni istifadəçi qazandı. Telegram artıq bir milyard yükləməni keçib və platformanın aylıq 500 milyondan çox aktiv istifadəçisi var.

Mənbə: https://www.webtekno.com/telegram-70-milyon-kullanici-kazandi-h115767.html