WEB design nədir?
Web design – veb-saytların planlaşdırılması və yaradılması. İnternet-saytin dizaynı ilə poliqrafiya məhsullarının dizaynı arasında ortaq cəhətlər çoxdur. Səhifələyicilər kimi, veb-dizayner də mətn və qrafik informasiya ilə işləyir. Bununla bələ,bəzi məqamlar vardir ki, onlar veb-dizayn üçün vacibdir:
- İstifadəçi səhifəni oxumur, onu gözdən keçirir. Özü də bu zaman onun baxişları çox xaotik ola bilər. Bu o deməkdir ki, elə bir maket qurmaq lazimdir ki, istifadəçi bir baxişda ondan “baş çixara” bilsin,görüntüləri tapsın.
- Jurnalın yaradıcı heyəti həmişə üzərində işlədiyi vərəqin ölçülərini dəqiq bilir. Sayt isə müxtəlifölçülü monitorlarda təxminən eyni cür görünməlidir. Bu tələbi yerinə yetirmək heç də həmişə asan olmur.
- Yeni jurnalı əlinə götürən kəs bir baxişda informasiyanın həcmini müəyyənləşdirə bilər. Taniş olmadığımız sayta daxil olduqda isə biz orada neçə səhifənin olduğunu təxmini də olsa dəyə bilmirik.
- Veb-saytin dizayneri həmişə ziddiyyətli vəziyyətlə qarşilaşir. Bir tərəfdən onun maketinin interfeysi başqa saytlara bənzəməlidir, digər tərəfdən isə o,orijinal olmalidir.