Web 3.0 nədir?

İlk öncə WEB 1.0 ilə başlayan bu hekayə 90-cı illərə qədər davam etmişdir. 90-cı illərdən sonra indiyə qədər dünya WEB 2.0 texnologiyasından istifadə etmişdir. Əslində çoxdandır gözlənilən WEB 3.0 kriptovalyutaların bu qədər gündəmə gəlməsi ilə məşhurlaşmışdır.

Bəs bu WEB 3.0 nədir nə üçün istifadə edəcəyik :)

Bunun üçün ilk olaraq biraz bunun tarixinə baxaq. 

Hal-hazırda istifadə etdiyimiz WEB 2.0 məntiqi məşhurlaşdıqdan sonra bu gün istifadə etdiyimiz bir çox tətbiqlər formalaşdı. Bir çoxumuzun hər gün istifadə etdiyi tətbiqlər Google, Facebook, Instagram, LinkedIn və s kimi texnologiya firmaları WEB 2.0 ilə həyatımıza daxil olmağa başladılar.

WEB 1.0 da əsas məntiq serverlər idi. Biz informasiya paylaşmaq üçün server-ə ehtiyac duyurduq.

WEB 2.0 da isə serverlərin yerini platformalar aldı. Və nümunə versək sadəcə qeydiyyatdan keçərək istədiyimiz məlumatı paylaşa bilirik. 

WEB 3.0 də isə məqsəd ortada bir vasitəçi olmadan başqaları ilə ünsiyyətə keçməkdir. 

Yəni WEB 3.0 ortada hər hansi bir vasitə olmadan mərkəziyyətsiz bir şəbəkə qurmağa imkan tanıyır.  Və o məhşur söz APP sözü ortadan qalxaraq DAPP həyatımıza daxil olur :)

DAPP (Decentralized app - mərkəziyyətsiz app) deməkdir.

Və buradan istifadə etmək üçün wallet(pul kisəsi)  tələb olunur.

Beləliklə, istehsal olunan məzmunun dəyərini yalnız istehsalçı alacaq və tətbiqlər bundan heç bir qazanc əldə etməyəcək.

Nümunə olaraq bir musiqinin dəyərini yalnız bəstəkara ödəyəcəyik və sadəcə o qazanacaq :)