User interface nədir?
User interface (istifadəçi interfeysi)– kompüter proqramının istifadəçi ilə qarşılıqlı əlaqədə olma üsulu. İstifadəçi interfeysinin 3 önəmli növü var:
1. Komanda dilləri. İstifadəçi göstərişləri klaviatura vasitəsilə verirsə və proqram məlumat sətirləri ilə cavab verirsə, proqram komanda sətri interfeysinə malikdir; məsələn, DOS, OS/2, yaxud VAX / VMS sistemlərində istifadəçi klaviaturadan dir komandasını verməklə faylların siyahısını əldə edə bilər.
2. Menyular. Proqrama komandalar menyu sistemi vasitəsilə verilirsə, proqram menyu ilə idarəolunan interfeysə malikdir. Menyular hərdənbir istifadə edilən proqramlar üçün ideal olur, ancaq təcrübəli istifadəçilər onu çox yavaş hesab edə bilər.
3. Qrafik mühitlər . Proqram informasiyanı qrafik formada göstərirsə və istifadəçi ilə qarşılıqlı əlaqədə olmaq üçün göstərici qurğu (məsələn: siçan ) tələb edirsə, o, qrafik istifadəçi interfeysinə malikdir.