Tesla yeni robotu Optimus-u təqdim etdi.

Tesla şirkətinin rəhbəri Elon Musk öz şirkəti tərəfindən hazırlanan insanabənzər robotun son versiyasını təqdim edib.

Optimus adlı robot ABŞ-ın Kaliforniya ştatında keçirilən Tədbirdə səhnəyə çıxıb və tamaşaçılara əl sallayaraq dizlərini qaldırıb.

Daha sonra robotun qutu daşıyarkən, bitkiləri sulayarkən videosu nümayiş etdirilib.İlon Mask bildirib ki, robot hələ də inkişaf etməkdə olan bir prototipdir, lakin bir neçə ildən sonra ictimaiyyətin alması üçün satışa hazır ola bilər.

İlon Mask əlavə edib ki, gələcəkdə robotlar evlərdə yemək hazırlamaq, ot biçmək və yaşlılara qulluq etmək kimi işlərdə istifadə oluna bilər.

Tesla, bu  insansı robot modeli üçün öz əməliyyatını inkişaf etdirəcəyini açıqladı. Wi-FiLTE kimi kablosuz bağlantı xüsusiyyətlərinə sahib olacağı müəyyən edilmiş robot, insanların biyolojik xüsusiyyətlərindən ilham alınaraq inkişaf etdirilir.

2,3 kVt akkumulyatora malik Tesla Optimus yaxın gələcəkdə kütləvi istehsala keçəcək. Mask, inkişaf etdirdikləri robotun 20 min dollardan az olacağını bildirdi.

Teslanın bundan əvvəlki robotu olan Humanoid haqqında məlumat əldə etmək üçün :

Linkə keç