Spagetti kod nədir ?
Spagetti kod nədir ?
Kompüter kodlaşdırmasında kodun oxunaqlılığı aşağı olduqda, yəni kodu izləmək çətin olduqda koda verilən addır.
Bir çox proqramçının az qala nifrət etdiyi spagetti kodu tərtibatı həm dizayner, həm də proqramçı üçün böyük sıxıntıya səbəb olur. Gələcəkdə həm sizdən sonraki proqramçıya, həm də özümüzə işgəncə vermək istəyiriksə, bu başqa məsələ)). Spagetti həqiqətən yaxşı yemək olsa da, proqram dilində bunun tam əksi var. Proqramlaşdırma dilində spagetti kod termini, bir-biri ilə iç-içə olan və başa düşülməsi çətin olan kod kimi qəbul edilir.
Ümumiyyətlə, strukturlaşdırılmış proqramlaşdırma dillərində funksiyaların olması ilə GOTO və ya JMP kimi kodda bir yerdən digər yerə tullanan komandaları silmək mümkündür.
Bu tip komandalardan istifadə edildikdə, kodun digər proqramçılar tərəfindən oxunabilirliyi azalır və kod mürəkkəbləşir.
Spagetti kodun qarşısını necə almaq olar:
- Kodda şərtə qoşulması tələb olunan sətirlər üçün if blokundan istifadə olunur.
- Dövr təkrarlanması tələb olunan sətirlər üçün istifadə olunur.
- Funksiya, kodda parametrləşdirilməsi tələb olunan sətirlər üçün istifadə olunur (eyni sətirlərin müxtəlif qiymətlərlə işləməsi istənilirsə).
- Kodun təkrarlanmasından uzaq durun
- Funksiyalardan istifadə etməklə
- Daha oxunaqlı və səliqəli kodlar yazmağa çalışaraq
Proqram hazırlayarkən çox diqqətli olmalısınız, əks halda gülüş obyekti ola bilərsiniz. Yaxın vaxtlarda Facebook-un 2007-ci ildə istifadə edilən mənbə kodları dərc etdiyi xəbərini görmüsünüz. Mənbə kodları tam bir fəlakətdir. Spagetti kodlaşdırmanın cari nümunəsidir.
Kod dünyasında çox pis təəssürat yaradan spagetti kodu nadir hallarda istifadə olunsa da, hələ də ondan istifadə edən proqramçılar var. Axı, hər kəsin öz proqram tərzi var. Mənsə bir proqramçı olaraq framework-dən istifadə edirəm və olduqca məmnunam. Bu da sizə məsləhətimdir.