WEP nədir?
WEP – Wi-Fi şəbəkələrinin təhlükəsizliyini təmin etmək üçün alqoritm. Naqilsiz şəbəkənin səlahiyyətli istidadəçilərinin məxfiliyini qorumaq və ötürülən verilənləri dinləmələrdən mühafizə etmək üçün istifadə olunur. WEP-in bir-birindən yalnız şifrləmə açarının uzunluğuna görə fərqlənən iki növü vardir: WEP-40 və WEP-104. Hazırda bu texnologiya köhnəlib, çünki bir neçə dəqiqəyə sındırıla bilir. Buna baxmayaraq hələ də geniş istifadə olunur. Wi-Fi şəbəkələrində təhlükəsizlik üçün WPA-dan istifadə olunur. Wi-Fi şəbəkələrində təhlükəsizlik üçün WPA-dan istifadə etmək məsləhət görülür. WEP-i çox zaman yanlış olaraq “Wireless Encryption Protocol” adlandırırlar.