USB-dən kompüterə format atmağın yolları
Kompüterlərin formatlaşdırılması sürücüdəki(drive) bütün məlumatların, yəni HDD və ya SSD-nin silinməsi və əməliyyat sisteminin yenidən qurulması deməkdir. Bu, adətən cihazlarımız çox yavaşlaşdıqda, işləyə bilmədikdə və ya təmizləyə bilmədiyimiz viruslara yoluxduqda edilir, yəni cihaz indi təhlükəsizlik riski yaradır. Bunun ən asan yollarından biri olan UEFI Windows quraşdırma addımlarını paylaşırıq.
UEFI Windows quraşdırılması - Addım addım.
- Ilk öncə Windows 10 ISO faylını yükləməlisiniz.
- Sisteminizin uyğunluğunu yoxladıqdan sonra, istəyirsinizsə Windows 11-də yükləyə bilərsiniz.
- Sonra Rufus ISO yazma alətinin ən son versiyasını yükləmək üçün bura klikləyin.
- 16 GB və yuxarı USB yaddaşınızı quraşdırma üçün hazırlayın.
- Yaddaşınızı seçmək üçün Rufus proqramını açın, sonra yüklənmiş ISO faylını seçmək üçün SEÇ düyməsini basın.
- Bölməni GPT olaraq seçin. Fayl sistemi NTFS olacaq.
- Sonra başlanğıc düyməsini basın. (Windows istisna olmaqla, USB-dəki bütün fayllar silinəcək)
UEFI Windows quraşdırdıqdan sonra etmeli olduğunuz bir neçe addım daha var.Onlar isə aşağıdakılardır:
- Kompüteriniz söndürüldükdə USB-yə qoşun
- Yükləmə menyusu üçün adətən istifadə olunan düymə F7 - F12 düymələri və ya ESC-dir.
- Kompüteri işə salın və Boot menyusuna daxil olun.
- Daha sonra isə USB cihazınızı seçin və Enter düyməsini basın.
- Sonra Windows məhsul açarını daxil edərək və ya daha sonra daxil etməyi seçərək quraşdırmaya başlayın.