Unix və Linux arasındakı fərq nədir?

Unix və Linux arasındakı fərq nələrdir?

Unix və Linux iki məşhur əməliyyat sistemidir. Onlar arasındakı fərq nədir? Hansını seçməlisiniz? Bu və ağlınıza gələ biləcək digər suallara cavab vermək üçün hər bir əməliyyat sistemini təhlil edəcəyik, Unix və Linux arasındakı fərqləri deyəcəyik.

Unix nədir?

Sadə şəkildə desək, Unix əsasən komputerləri, internet serverlərini və iş stansiyalarını işlətmək üçün istifadə olunan açıq mənbə əməliyyat sistemidir.Unix 1970-ci ildə AT&T Bell Labs-da hazırlanmışdır və C proqramlaşdırma dilində yazılmışdır.

Linux nədir?

Linux ilk olaraq 1991-ci il 17 sentyabrda Linus Torvalds tərəfindən hazırlanmış Linux kernel-ə əsaslanan pulsuz və açıq mənbə proqram təminatlı bir əməliyyat sistemidir.Linux adətən Linux distribution-da paketlənir (qısa olaraq distro).

Unix və Linux-un Müqayisəsi

İndi bu iki əməliyyat sisteminin nə olduğunu bildiyimizə görə, davam edək və Unix ilə Linux arasındakı fərqə baxaq.

     1.Qiymət: Unix və Linux

Unix və Linux arasından hansı daha baha və ya hansı daha ucuzdur? Linux açıq mənbə əməliyyat sistemidir, buna görə də daha sərbəst şəkildə paylanılır. Linuxun bir nüsxəsini internetdən asanlıqla yükləyə və ya kitab və jurnallar vasitəsilə pulsuz əldə edə bilərsiniz. Ancaq böyük təşkilatlar üçün server versiyaları və Linux əməliyyat sisteminə görə ödəniş etməli olacaqsınız.

Digər tərəfdən, Unix daha bahadır. Birini almaq üçün bir az pul ayırmalı olacaqsınız. Ancaq əməliyyat sistemi üçün ümumi bir qiymətləndirmə yoxdur. Bunun əvəzinə Unix’in fərqli versiyalarında fərqli qiymət etiketləri var. Məsələn, Unix serverinin dəyəri 25.000$ ilə 249.000 $ arasında dəyişir.

     2. Təhlükəsizlik səviyyəsi: Unix və Linux

Bu 2 əməliyyat sistemindən hansı daha təhlükəsizdir? Hər iki əməliyyat sistemi fərqli təhlükəsizlik təhdidlərinə qarşı qorumasız olsalar da, Linux Unix-dən daha etibarlıdır.İlk olaraq, Linux, Unix-dəki simvolların eynisindən istifadə edir. Buraya çox vəzifəli mühitdə vəzifələrin təcrid olunması daxildir. Bundan əlavə, Linux-da parollar (passwords) şifrələnir və uzaqdan idarə edilə bilər.

Açıq mənbə əməliyyat sistemi olaraq, Linuxdakı səhvlər istifadəçilər və developer-lər (tərtibatçılar) tərəfindən asanlıqla bildirilə bilər. Bu Unix-də baş vermir, çünki istifadəçilər səhv düzəltmə əlavəsinin hazırlanmasını gözləməlidirlər. Bu proses qısa müddət ərzində problemlərin və səhvlərin düzəldildiyi açıq mənbə mühitindən fərqli olaraq uzun çəkə bilər.

  3. İstifadəçi bazası: Unix və Linux

Bu 2 əməliyyat sistemini kim istifadə edir? Linux hərkəs tərəfindən istifadə oluna biləcək adi bir əməliyyat sistemidir. Onun istifadəçi bazası adi kompüter istifadəçilərindən təcrübəli proqramistlərə kimi hər kəs ola bilər.

Digər tərəfdən Unix kompüterlər, iş stansiyaları və internet serverlərində istifadə edilə bilər.

   4. Portativlik (Daşınılabilirlik)

Portativlik baxımından, Linux bir USB-dən yüklənə biləcəyi üçün çox portativdir. Digər tərəfdən Unix, nisbətən sərt olduğundan portativ deyil.

    5. Mənbə kodu

Linuxun açıq mənbə bir əməliyyat sistemi olduğundan, onun mənbə kodu ümumi ictimaiyyət üçün açıqdır. Sistemi işlətmək üçün istifadə olunan mənbə kodunu hər kəs görə bilər. Unix əməliyyat sistemi üçün olan mənbə kodu ictimaiyyət üçün açıq deyil.

     6. Bazar payı: Linux və Unix

Bazar payı, müəyyən bir əməliyyat sistemini istifadə edənlərin sayı kimi izah edilə bilər.Linux-un Unix-dən bir neçə il sonra istifadəyə verilməsinə baxmayaraq onun bazar payı daha yüksəkdir.Əməliyyat sistemi (Linux) təxminən 5.5 milyon qurulumu olan Unix ilə müqayisədə 25 milyondan çox maşında quraşdırılmışdır.

Nəticə

Beləliklə, Unix və Linux əməliyyat sistemləri arasından hansı daha yaxşıdır? Bu sizin əməliyyat sistemi ilə nə etmək istədiyinizdən aslıdır. Əks təqdirdə, hər iki sistemində güclü və zəif nöqtələri var.