UI və UX dizayn nədir?

UI və UX dizayn nədir?

Texnologiya dünyasında hər gün yeni terminlər meydana çıxır. Ümumilikdə təriflərə başlasaq, məncə, aşağıdakıları söyləmək düzgün olardı: UI və UX iki tamamilə ayrı anlayışlardır. Sektorda bir çox insan bunların demək olar ki, eyni şeylər olduğunu düşünür; əslində yay-qış, ağ-qara kimi bir-birindən tamam fərqlidirlər. Bununla belə, onlar bir-birindən ayrı deyillər. Gəlin onda nə olduğlarını ayrı-ayrılıqda nəzərdən keçirək:

UI dizayn nədir?

UI,  "User Interface" sözlərindən ibarət olub, onun bizdəki qarşılığı "istifadəçi interfeysi"dir. İstifadəçi interfeysi proqramın qrafik tərtibatıdır. Buraya istifadəçilərin kliklədiyi düymələr, ekran tərtibatı, keçidlər, interfeys animasiyaları, oxuduqları mətn, şəkillər, mətn daxiletmə sahələri və istifadəçinin qarşılıqlı əlaqədə olduğu hər şey daxildir. Bütün vizual elementlər qarşılıqlı əlaqə olmalıdır. Bütün bunlar bizə istifadə asanlığı və sadəliyi təmin edir. UI dizayneri istifadəçi məmnunluğuna diqqət yetirməlidir.

Müştərilərin ehtiyaclarını və fərqində olmasalar belə daha asan istifadə edə biləcəkləri dizaynları araşdırmaq, tapmaq və uyğunlaşdırmaq istifadəçi interfeysi dizayneri olan UI dizayn mütəxəssisinin məsuliyyəti olmalıdır. Sektordakı rəqiblərdən başlamaq və daha əvvəl görülən işləri araşdırmaq burada ən əsas başlanğıc nöqtəsidir. Bu mərhələdən sonra siz öz brendiniz və ya biznesiniz üçün brendinq və ya qrafik inkişaf üzərində işləməyə başlayacaqsınız. 

Bu işlər UI dizaynerlərinin üzərinə düşür. Tətbiqin necə görünəcəyinə onlar qərar verirlər. Onlar rəng sxemlərini və düymə formalarını - sətirlərin enini və mətn üçün istifadə olunan şriftləri seçməlidirlər. UI dizaynerləri proqramın istifadəçi interfeysinin görünüşünü və hissini yaradırlar.

UX dizayn nədir?

UX "User Experience" sözlərindən ibarət olub, onun bizdəki qarşılığı "istifadəçi təcrübəsidir. İstifadəçi təcrübəsi məhsulun istifadəçilərin ehtiyaclarına cavab verib-verməməsinə diqqət yetirir. UX dizaynerləri insanların məhsuldan necə istifadə etdiyini və dizaynın insanlara məqsədlərinə çatmasına kömək edib-etmədiyini bilmək istəyirlər. UX dizaynerlərinin işi məhsulu optimallaşdırmaqla yanaşı funksional hala gətirməklə onu təkmilləşdirməkdir.

UX dizaynerləri istifadəçilərini araşdırma və təcrübə vasitəsilə başa düşmək üçün UI dizaynerləri, UX tədqiqatçıları, marketoloqlar və məhsul komandaları ilə sıx əməkdaşlıq edirlər. Onlar həm kəmiyyət, həm də keyfiyyət baxımından istifadəçi araşdırmasına əsaslanaraq təcrübələri davamlı olaraq təkrarlamaq və təkmilləşdirmək üçün əldə edilmiş məlumatlardan istifadə edirlər.

UX, UI dizaynı ilə müqayisədə daha əhatəlidir. Bu səbəbdən daha çox məlumat tələb etdiyini söyləmək olar. Çünki dizayn dedikdə ağlımıza ancaq qrafik dizayn gəlir, amma vəziyyət bununla məhdudlaşmır. UX dizayneri üçün tələb olunan məlumatları aşağıda göstərildiyi kimi sadalamaq mümkündür.

İnformasiya arxitekturası,

İstifadəçi testləri,

Qarşılıqlı dizayn,

Məzmun strategiyası

Məsələn, Google-u götürək. Onun məşhur sadə interfeysi, yaxşı təcrübənin mürəkkəb və bahalı bir şey tələb etmədiyini vurğulayır. İstifadəçiyə diqqət yetirməklə, Google bilir ki, onlar sayta gələndə sadəcə bir şeyin arxasınca düşürlər: Məlumat. Və bunu tez bir şəkildə istəyirlər.

Google-un geniş şəkildə qəbul edilən bir termin olması şirkətin bu təcrübəni və gözləntiləri nə qədər yaxşı çatdırdığını göstərir. Google, hər hansı birinin nə vaxtsa bilmək istədiyi bir şeyi ona göz qırpımında çatdırır.

İndi təsəvvür edin ki, Google-da hər dəfə axtarış etdiyiniz zaman nəticə əldə etmək üçün 15 saniyə gözləyirsiniz – artıq sualınıza dərhal cavab ala bilmirsiz. Baxın bu zaman interfeys eyni qalsa belə, Google ilə təcrübəniz kəskin şəkildə fərqli olardı.

UI və UX dizayn arasındaki fərq nədir?


Ölkəmizdə ən çox verilən suallardan biridə Ui və Ux arasındakı fərq nədir?. UX və UI Dizaynı tez-tez qarışdırılan və ya səhv başa düşülən, lakin bir-birindən çox fərqli dizaynlardır. UX, yəni İstifadəçi Təcrübəsi dizaynı, əsasən, mövcud dizaynın işləməsini hədəfləyən dizayn növüdür. Bu tipdə bir dizaynın funksionallığı, texnoloji səriştəsi, sürəti və müştəri təcrübəsinin müzakirə edildiyini söyləmək olar. UI dizaynında əhatə dairəsi işləyiş və texniki xüsusiyyətlərə deyil, interfeysə və vizuallığa əhatə edir. UI dizaynının interfeys dizaynı adlandırılmasının əsas səbəbi budur.

Yəni bu sual, “Qırmızı boya ilə boyanın tərkibində olan kimyəvi maddələr arasında nə fərq var?” sualına bənzəyir. Heç bir fərq yoxdur. Qırmızı boya, birləşdikdə qırmızı boya əmələ gətirən müxtəlif kimyəvi maddələrdən ibarətdir.

İstifadəçi təcrübəsi(UX) də bir çox fərqli komponentdən ibarətdir, istifadəçi interfeysi(UI) də onlardan yalnız biridir və birləşdikdə istifadəçi təcrübəsini təşkil edir.

Fikrimi daha yaxşı izah etmək üçün bir neçə başqa sual:

MacBook ilə klaviatura düymələrinin forması arasında fərq nədir?

Çay ilə çay paketinin hazırlandığı material növü arasında nə fərq var?

Avtomobilin rəngləndiyi rənglə nə fərqi var?

Başqalarının istifadə etdiyi, xoşuma gələn bir restoran bənzətməsi var: UI masa, stul, boşqab, şüşə və qab-qacaqdır. UX yeməkdən tutmuş xidmətə, dayanacaqdan, işıqlandırmaya və musiqiyə qədər hər şeydir”.

Nəticə olaraq

Bu ikisi arasında münasibətləri sadə bir formulda ifadə etsək: UX dizaynerləri lazımi məlumatları toplayıb təhlil etdikdən sonra UI dizaynerləri üçün lazımi təlimatlar və direktivlər yaradır və dizaynı həyata keçirirlər. Son zamanlar hər iki sahədə dizaynerlərə tələbat artır və tələb olunan işlərin çeşidi də çoxalır. Buna görə də, dizaynerlər üçün istedad və bacarıqlarını şaxələndirmək və inkişaf etdirmək qaçılmaz zərurətə çevrilmişdir.