Süni İntellekt(AI) səhiyyə sahəsini nece inkişaf etdirir?
Bu məqaləmizdə Süni İntellekt(AI) səhiyyə sahəsini nece inkişaf etdirir? sualına cavab verəcəyik.Son zamanlarda texnoloji inkişafdan faydalanan bir çox sahələr var amma səhiyyədən daha çox deyil. Texnologiya tibb sahəsində bir çox yolla istifadə oluna bilər və həkimlərin, tibb bacılarının və xəstəxana rəhbərlərinin işini yaxşılaşdıra bilər və hətta həyat qurtara bilər.
Süni İntellekt(AI) səhiyyədə
Günümüzdə və dövrümüzdə texnalogiyanın səhiyyə sənayesində istifadə edildiyi ən önəmli yollardan biri süni intellektin (AI) istifadəsidir. AI texnalogiyası son bir neçə il ərzində böyük irərləyişlər göstərdi və indi bir çox fərqli sahələrdə önəmli rol oynamağa başlayır və səhiyyə sahəsi ən çox istifadə olunduğu yerlərdən biridir.
Diaqnostik tibb
Diaqnostiklər ümümiyyətlə böyük iş yükünə sahibdirlər, ancaq AI-nin istifadəsi bu işi yüngülləşdirir. AI səhv diaqnostikanı azaldaraq, xəstəliyi tibb mütəxəssəsilərindən daha sürətli bir şəkildə praqnozlaşdırmaq və diaqnostika qoymaq üçün istifadə olunur. Yalnız bu deyil, AI əsaslı simptom yoxlayıcıları, xəstənin simptomlarını və sağlamlıq problemlərini dinləmək və ehtimal olunan xəstəliklərə çatmaq və xəstəni lazimi müayinəyə yönləndirmək üçün inkişaf etmiş məlumatlardan istifadə etmək üçün istifadə olunur.
Robotexnika və Xəstə Monitorinqi
Əməliyyatda, süni intellekt(AI), robototexnika və artırılmış reallıq(augmented reality) əməliyyatların nəticələrini yaxşılaşdıra biləcək, əməliyyatlar arasında dəyişkənliyi azaldacaq və nəticəsizliyi aradan qaldıracaq güclü bir birləşmə olacaqdır. Əlbəttəki cərrahiyyə dəqiqlik və sabitliklə əlaqəlidir, buna görədə mika kapasitorlarının istifadəsi vacibdir. Robotla dəstəklənən cərrahiyyə biraz zamanın gerisində qalır amma yaxın gələcəkdə bunun normaya çevriləcəyini görmək asandır. Xəstə monitorinqi (müşahidəsi, izlənilməsi) AI-nin yararli hala gələ biləcəyi digər bir sahədir çünkü onların nəticələrinin izlənilib və qayğı qruplarına ötürüldüyünə görə xəstələrin xəstəxanalara gəlmə ehtiyaclarını azlda bilər.
Bunada Baxın: Süni Intellekt Kibermüdafiəni Necə Dəyişir (Və Dəyişəcək)
AI səhiyyə sahəsində digər bir çox yollarlada istifadə oluna bilər və olunur. Buraya tibb bacıları üçün virtual köməkçilər, inzibati iş axını üçün kömək, saxtakarlığın aşkarlanması və doz səhvlərinin azaldılması daxildir. Texnalogiya təsir edici olsa da, görüləsi çox iş var və bunun gələcək illərdə belə bir əsas sənayedə necə tətbiq olunacağını görmək maraqlı olacaq. Səhiyyə sahəsi texnoloji irəliləyişlər, xüsusilə də AI-nin inkişafı ilə kütləvi şəkildə kömək olunan sahələrdən biridir. Xəstəxana işçilərinin işini asanlaşdırarkən eyni zamanda xəstələrin nəticələrinidə yaxşılaşdıra bilər və bu gələcək illərdə daha da tanınmış hala gələcək.