Süni intellekt Kibermüdafiəni necə dəyişir (və dəyişəcək)
Süni intellekt Kibermüdafiəni necə dəyişir (və dəyişəcək)?
Rəqəmsal inqilab başlayandan bəri çox sayda məlumat pozuntusu, şəxsiyyət oğurluğu və pul itkisi halları olmuşdur. Kiber hücumlar hər hansı bir şəxsə, biznesə, korperasiyaya və ya dövlət orqanına təsir edə biləcəyindən çox yayılmış və dolaşıq hala gəldi. Buna gorədə, kibermüdafiəyə artan ehtiyacı hamımız başa düşməliyik.
Xoşbəxtlikdən, kibertəhlükəsizliyə əhəmiyyətli dərəcədə təsir göstərən texnologiya inkişafları da olmuşdur. Süni İntellekt (AI) kiber təhlükəsizlik sahəsində əsas oyun dəyişdirici vasitə və texnikalardan biridir. Bu məqalədə, AI-nin kibertəhlükəsizliyə hazırkı və gələcək təsirini araşdırırıq.
Süni İntellekt nədir?
AI, bir neçə qabiliyyəti əhatə edən ümumi bir termindir. Əslində Süni İntellektin məqsədi öz qərarını vermək və problemləri həll etmək üçün insan zəkasını təqlid etməkdir. Səciyyəvi olaraq, insanlar bir maşının tapşırığı yerinə yetirməsinə imkan verən müəyyən əmrlər toplusunu əvvəlcədən kodlaşdırırlar. Maşın nəticə çıxarmaq üçün həmin koddan asılıdır və kodu neçə dəfə işlətməyinizdən asılı olmayaraq eyni nəticəni verəcəkdir.
Süni İntelekt artıq sadəcə bir termin deyildir. Hal hazırda bütün sahələrdə geniş istifadə olunur. Təhsil, səhiyyə, avtomatlaşdırma və müştəri xidməti AI-nin sürətlə irəliləməsini təmin olunduğu bir çox sahələrdən yalnız bir qismidir.
AI və Kibertəhlükəsizliyin hazırki təsiri.
Süni intellektin kiber təhlükəsizlik baxımından dəyişiklik edə biləcəyinin müxtəlif yolları vardır. Onlara daxildir
- Kiber təhlükənin aşkarlanması
Təşkilatlar kiberhücumları əvvəlcədən yaxşı aşkar edə bilməlidirlər ki, kibercinayətkarların həyata keçirməyə çalışdığı hər hansı bir işi dayandıra bilsinlər. AI-nin (suni intelektin) kiber təhlükənin aşkarlanmasında olduqca faydalı olduğu sübut olunub. Forbesə görə, müəssisələrin 61 faizi AI texnologiyalarının köməyi olmadan pozuntu cəhdlərini aşkar edə bilmədiklərini təsdiqləyir. AI sistemləri qeyri-adi nümunələri müəyyən edə bilər, misal üçün, mənbələrin həddindən artıq istifadəsi (CPU, yaddaş və s.), məlumatların anormal ötürülməsi, qəribə əlaqə, səhv giriş və qeyri-adi trafik və s.
- Zəifliyin idarə edilməsi və qarşısının alınmasına nəzarət
Mümkün təhdidləri müəyyən etdikdən sonra AI sistemləri onları müxtəlif dərəcələrdə qruplaşdırır, məsələn, aşağı, orta, yüksək və ya kritik dərəcələrdə. AI-nin təsir edici tərəfi budurki, minlərlə şəxsiyyət oğurluğunun mənbəsini aşkarlaya, izləyə və insanlardan daha tez düzəldə bilər.
AI sistemləri zəifliyin idarə edilməsində və qarşısının alınmasına nəzarətdə aktiv rol oynayır. AI paketləri atmaq, IP ünvanlarını bloklamaq və prosesləri bağlamaq və s. ilə müəyyənləşdirdiyi kiber təhdidləri aradan qaldıra bilər.
- Şifrə qorunması və identifikasiyası (doğrulanması)
Pew Research Report-a görə, onlayn istifadəçilərin təxminən 24 faizi parollarını rəqəmsal sənəddə və ya cihazlarından birində qeyd edir (saxlayır). Bu istifadəçilərə giriş məlumatlarını asanlıqla əldə etməsinə imkan yaradarkən eyni zamanda kibercinəyətkarlarada bu məlumatları asanlıqla əldə etmək və hesablarına daxil olmaq üçün imkan yaradır.
AI-nin tasirinin davam etdiyi başqa bir sahə isə insanların şəxsiyyətini təsdiqləyən biometrika sahəsidir. AI biometrikliyi təqlid etməsi çətin olan xüsusiyyətlər üçün doğrulama təmin edərək həll təklif edir.
AI biometrikliyi istifadəçini müəyyənləşdirmək üçün iki növ xüsusiyyətləri qiymətləndirərək identifikasiya (şəxsiyyətin doğrulanması) üçün istifadə edilə bilər: davranış və fiziki.
Davranış xüsusiyyətləri səs tonu, yazı tərzi və səhv nisbətləri kimi fərqli davranışlara əsaslanır. Fiziki xüsusiyyətlər üz, gözün rəngi, barmaq izləri və ya DNT kimi fərqli və ölçülə bilən xüsusiyyətlərə əsaslanır.
Maliyyə sənayesi AI biometrikliyinin müsbət təsirini yaşayan sahələrdən biridir. Bu texnologiya, səs və ya üz cizgisi tələb edən bir çox bank, maliyyə tətbiqetmələri və bankomatlara sahib olmağımıza görə indi geniş vüsət alır.
Aİ-nin kiber təhlükəsizliyə mənfi təsirləri
AI-nin həqiqətən əhəmiyyətli potensialını nəzərə alsaq da, AI-də daha da irəliləməyin yeni kiber təhdidlərə səbəb ola biləcəyini də dərk etməliyik. Misal üçün, kiber cinayətkarlar daha sürətli və effekli şəkildə sistemlərə girmək üçün(hack-ləmək üçün) AI-dən istifadə ede bilərlər. Bu, kibertəhlükəsizliyin vacib olmasının səbəblərindən biridir.
AI-nin kibertəhlükəsizliyə əsas təsirləri mövcud təhlükələrin gücləndirilməsi, mövcud təhlükələrin xarakterinin dəyişməsi və yeni təhlükələrin inkişafıdır. Buna görə Süni Zəkanın davranış modelləşdirmə prosesləri AI-nin köhnəlməməsinin qarşısını almaq üçün davamlı olmalıdır.
AI və Kiber təhlükəsizliyin gələcək təsiri
AI texnologiyası dünyanın bir çox sahəsinə böyük təsir göstərməyə davam edəcəkdir. AI texnologiyası hər gün istifadə etdiyimiz cihazlara daxil olmağa davam etdikcə AI-nin gündəlik həyatımızda iştirakı artmaqda davam edəcəkdir.
Kiber təhlükəsizlik üçün əsas məqsəd bu texnologiyanın kiber təhdidlərin daha sürətli təhlilini və azaldılmasını təmin edəcək yolları tapmaqdır. AI, insan analitikləri tərəfindən hazırlanmış ən yaxşı müdafiə mexanizmlərini dinamik şəkildə təkrarlayaraq kiberhücumlara uğurlu cavab verdikdə daha da yaxşı olacaqdır.