SSL niyə vacibdir?
SSL vacibdirmi? Mənə SSL
lazımdır? Avtomobil sürərkən təhlükəsizlik kəmərini bağlamalıyam? Günəş
tutulmasını seyr edərkən qoruyucu eynək taxmalıyam? İlk üç suala gəlincə, cavab
böyük bir 'HƏ'dir! Eyni cavab dördüncü ilə də gedir, ancaq onu sizə buraxırıq.
2021-ci ildə bir vebsayt və ya
bloq sahibisinizsə, sizə SSL lazımdır. Bu qədər sadədir. SSL
sertifikatı artıq lüks deyil; bu günümüzün zərurətidir.
SSL nədir?
Secure Socket Layer (SSL), istifadəçinin brauzeri ilə onun daxil olduğu vebsayt arasında təhlükəsiz şəkildə məlumat ötürülməsini təmin edən internet protokoludur. Bu o deməkdir ki, məlumatlar şifrələnir, yəni hər hansı bir adam brauzerdəki məlumatlara daxil olmağa, onları hackləməyə və ya ələ keçirməyə cəhd etsə, bunun əvəzinə rəqəmlərin, hərflərin və simvolların qarışığını görəcək və şifrəni açmaq demək olar ki, mümkünsüz olacaqdır.
Əlaqəli: SSL nədir?
Veb Sayt Üçün SSL Niyə Vacibdir?
SSL sertifikatından istifadə etməyin əsas üstünlükləri bunlardır:
- İstifadəçi Məlumatlarını Qoruyur
SSL sertifikatının əsas funksiyası server-müştəri əlaqəsini qorumaqdır. SSL quraşdırarkən, hər bir bit məlumat şifrələnir. Sadə dillə desək, məlumat kilidlənir və onu yalnız nəzərdə tutulan alıcı (brauzer və ya server) aça bilər, çünki başqa heç kim onu açmaq üçün açara sahib ola bilməz. Şəxsiyyət vəsiqələri, parollar, kredit kartı nömrələri və s. kimi həssas məlumatlarla işləyərkən SSL sizi hakerlərin və scammer(fırıldaqçı)-lərin hücumlarından qorumağa kömək edir.
- SSL Şəxsiyyətinizi Təsdiq Edir
SSL sertifikatının ikinci əsas vəzifəsi veb-saytın autentifikasiyasını təmin etməkdir. Şəxsiyyətin yoxlanılması veb təhlükəsizliyi baxımından ən vacib aspektlərdən biridir. İnternetin getdikcə daha çox aldadıcı olması şübhəsizdir. 2010-cu ildə bir oğlan Facebook-da tanış olduğu bir qızla tanış olmaq üçün 400 km yol qət etdi, ancaq rəqib futbol klubunu dəstəkləyən iki oğlan tərəfindən aldadıldığını anladı. Ancaq belə hekayələrin heç də hamısı gülməli deyil. Saxta saytlarda insanların minlərlə dollar itirdiyi hallar olub. SSL sertifikatı burada işə düşür.
- Axtarış Sistemlərində Reytinqinizi Artırır
2014-cü ildə Google HTTPS-i aktivləşdirən vebsaytlara üstünlük vermək üçün alqoritmində dəyişikliklər etdi. Bu, bütün dünyada SEO mütəxəssisləri tərəfindən aparılan müxtəlif araşdırmalarda aydın şəkildə özünü göstərir.
- PCI DSS standartlarına cavab verir
Onlayn ödənişləri qəbul edirsinizsə, PCI DSS tələbləri haqqında bir-iki şey bilməlisiniz. Onlayn ödənişləri qəbul etmək üçün veb saytınız PCI DSS standartına uyğun olmalıdır. SSL sertifikatının quraşdırılması ödəniş kartı sənayesi (PCI) tərəfindən qoyulan 12 əsas tələbdən biridir.
Buna görə də, SSL vacibdir - istəsəniz də, istəməsəniz də.
- İstifadəçilər arasında güvən yaradır
Şifrələmə və autentifikasiyadan başqa, SSL sertifikatları müştəri etibarı baxımından çox vacibdir. SSL sertifikatına sahib olmaq veb saytınızdan istifadə edən şəxslərdə güvən yaratmağınıza kömək edə bilər, çünki sertifikat onların məlumatlarını qoruyur. İstifadəçilərinizə SSL sertifikatı sayəsində məlumatlarının veb saytınızda necə güvəndə olduğunu izah edən mesajlar təqdim edə bilərsiniz.
- Google SSL-i məcburi edir
Google, 2018-ci ildən etibarən internetdə daha təhlükəsiz baxış təcrübəsi təqdim etmək üçün vebsaytlarında SSL Sertifikatı quraşdırılmayan vebsaytları qeyd etmək qərarına gəlib. Əgər kimsə bu qaydaya əməl etməzsə, Google Chrome və Firefox Mozilla kimi dünyada istifadə edilən bütün məşhur veb brauzerlər URL panelində “Təhlükəsiz deyil” xəbərdarlığı mesajı verməklə onları cəzalandıracaq. Yaxın gələcəktə web-saytınızın brauzerə yüklənməsi belə bloklana bilər. Nə cür vebsaytınız olursa olsun, şəxsi bloqunuzdan tutmuş istənilən alış-veriş portalına qədər SSL məcburidir və ona əməl etməsəniz, vebsayt sahibinin üzləşmək istəmədiyi ziyarətçi itkisi ilə nəticələnə bilər.