PDA – xüsusi funksiyaları və proqramları (məsələn : təqvim, qeyd kitabçası, verilənlər bazası, kalkulyator və s .), eləcə də rabitə avadanlıqları olan PALMTOP tipli yüngül “ əl ” kompüterinin adı. Bunlardan başqa, daha çağdaş modellərinin multimedia qurğuları, məsələn, CD – ROM qurğusu olur. Gələcəkdə nitqin tanınması, sənədlərin daranması və tanınması imkanlarının, informasiya qaynaqlarına gerçək zamanda erişmək kimi daha mükəmməl kommunikasiya imkanlarının artırılması nəzərdə tutulur. Çağdaş PDA kompüterlərində klaviatura, yaxud siçan əvəzinə qələmdən istifadə olunur, bundan başqa, adi fərdi kompüterlərdən fərqli olaraq, onların proqram təminatı ” gömülmüş ” olur, əlavə proqram təminatına isə yalnız PC Card, yaxud oxşaq qurğular qoşmaqla erişmək olar. PDA kompüterlərində ve rilənləri saxlamaq üçün sərt diskin yerinə fləş – yaddaş istifadə olunur.
Müəllif
Əyyub Hacıyev
Salam dostlar!
Mən Hacıyev Əyyub. 10 ildən artıqdır ki proqramlaşdırma ilə məş....