Necə Blockchain Developer olmaq olar?

Salam dostlar!

Bu aralar böyük ehtimal Blockchain sözünü tez-tez eşidirsiniz. Əslində bir çoxunuz onu Kriptovalyuta olaraq qəbul edirsiniz :D

Mən də ilk zamanlar (2017-ci ilə qədər) elə bilirdim. Sonra həqiqətlə tanış oldum, sonra 2020-ci ildən bu texnologiya ilə işləməyə başladım. Yəni tam olaraq 1 il öncə  Ankara da bir Blockchain şirkətində.. Gəlin bu texnologiya haqda sizə bir az məlumat verməyə çalışım...

Blockchain, inqilabi texnologiya olaraq, açıq şəkildə blockchain inkişafı(blockchain development) adlı yeni bir inkişaf sahəsi açdı. Bu, öz növbəsində, developerlər və texnologiya həvəskarları üçün çoxsaylı iş imkanları yaratdı. Ətrafda bu sahə üzrə iş imkanları olsa belə, insanlar ümumiyyətlə blokchain developer olmaq üçün tutmalı olduqları istiqamət haqqında çaşqın görünürlər. Beləliklə, mən Azərbaycandakı blokchain həvəskarlarını, blokchain inkişafı dünyasına istiqamətləndirmək üçün bu məqaləni yazmağa qərar verdim.

Blockchain hal-hazırda çox yüksəlişdə olan bir texnologiya sahəsidir. Və öyrənmənizi 100/100 məsləhət görürəm.. Amma necə??

Birinci olaraq, Blockchain developer kimdir? sualına cavab verərək başlayaq.



Blockchain Developer kimdir?

Son bir neçə ayda, əslində bu sual mənə bir neçə dəfə " blockchain developer tam olarak kimdir və nə cür bir inkişafla maraqlanır?" deyə soruşuldu. Düşünürəm ki, sektorda bu qədər çox proqramlaşdırma sahəsi varkən fikrinizin qarışması asandır. O zaman, bir blockchain developeri təyin etməklə bu qarışıqlığı aradan qaldıraq...

Blockchain protokollarının işlənib hazırlanması və optimallaşdırılması, blockchain sistemlərinin arxitekturasının hazırlanması, blockchain texnologiyasından istifadə edərək smart(ağıllı) müqavilələr və veb proqramların hazırlanmasından məsul olan developerə adətən blockchain developeri deyilir.

Təməl olaraq, blockchain texnologiyasının inkişafında iştirak edən hər hansı bir developer, blockchain developeri kimi qeyd edilə bilər.

İndi isə necə öyrənməli olacağımıza keçək:



1. Əsasları öyrənin.

Nə olduğunu??

Blockchain-in nə olduğunu, necə işlədiyini və s. Yeni nəsil mərkəzləşdirilməmiş proqramlar üçün Back-End tətbiqlərin necə hazırlanmasını(DAPPS).


2. Mərkəzləşdirilməmiş proqramlar (DAPPS) haqqında məlumat əldə edin

Blockchain, nodes(nodları) və texnologiyanın bütün əsas komponentləri haqqında öyrəndikdən sonra artıq sual belə olacaq "Mən bununla hansı tətbiqləri hazırlaya bilərəm?"

Kiçik bir qeyd Blockchain üzərində qurulmuş proqram mərkəzləşdirilməmiş proqramlar adlanır (decentralized applications).


3. Smart Contract (Ağıllı müqavilələr) haqqında öyrənin.

Ağıllı müqavilə sadəcə Ethereum Blockchain üzərində işləyən bir proqramdır. Bu, Ethereum blokçeynində müəyyən bir ünvanda yerləşən kodlar və məlumatların toplusudur.

Bu o deməkdir ki, onların balansı var və onlar şəbəkə üzərindən əməliyyatlar göndərə bilərlər. Bununla belə, istifadəçi tərəfindən idarə olunmur. Bunun əvəzinə onlar şəbəkəyə yerləşdirilir və kodlaşdırıldığı kimi işləyirlər.


4. Front-End və Back-End proqramlaşdırma öyrənin.

Mərkəzləşdirilməmiş proqramlarda(decentralized applications) standart JavaScript framework-ləri istifadə edilir, buna görə də Front-end əsaslarını və vebin necə işlədiyini öyrənmək çox vacibdir.

“Standart” proqramlarda back-end istifadəsi fərqlidir, standart proqramlar çox vaxt verilənlər bazası və ya məlumat yaddaşından istifadə edir. Mərkəzləşdirilməmiş proqramlarda(decentralized applications) bu bele deyil.


5. Solidity öyrənin

Bir çoxunuz adını belə bəlkə ilk dəfə eşidirsiniz amma...

Solidity, blokçeyndə əməliyyatları avtomatlaşdıran ağıllı müqavilə yaratmaq üçün istifadə edilən obyekt yönümlü, yüksək səviyyəli proqramlaşdırma dilidir.


6. DAPP hazırladıqdan sonra bunu Front-End ilə necə əlaqələndirəcəyinizi öyrənin. (Ether.js & WEB3.js)

Ether.js kitabxanası Ethereum Blockchain və onun ekosistemi ilə qarşılıqlı əlaqə üçün tam və yığcam bir kitabxanadır.

Web3.js sizə HTTP, IPC və ya WebSocket istifadə edərək yerli və ya uzaq ethereum node-ları(nöqtələri) ilə qarşılıqlı əlaqə qurmağa imkan verən kitabxanalar toplusudu


Mənbə: ayyubhajiyev.com/nece-web-30blockchain-developer-olmaq-olar