Java yoxsa Python? Sizin üçün ən yaxşısı hansıdır?
İnsan olduğumuz üçün demək olar ki, hər gün dilemmalar ilə qarşılaşırıq. IPhone və Samsung kimi smartfonlardan tutmuş, Pepsi və Coca-Cola kimi sərinləşdirici içkilərə qədər bu hal yaşanır. Təbii ki, bu məhsullardan hansının sizin üçün ən uyğun olduğunu bilmək çətindir və onlar bir birindən xeyli dərəcədə fərqlənir. Aralarında rəqabət olmamasına rəğmən eyni şey Java və Python haqqında da söylənə bilər. Əgər, sivil dünyadan uzaqda yaşamırsınızsa, o zaman Java və Python-un bu dövr üçün ən populyar proqramlaşdırma dillərindən biri olduğunu bilirsiniz. Adətən proqramçılar bu dilləri bir- birilə müqayisə edirlər və birini digərindən üstün tuturlar. Əgər bu dillərdən yalnız birini seçmək qərarına gəlmisinizsə onların oxşar və fərqli cəhətlərinə görə, işlənmə yerinə görə müqayisə etməlisiniz. Bu məqalədə Java və Python arasında müqayisəyə baxılacaq və beləliklə hansı proqramı seçməli olduğuzu biləcəksiniz.
Java və Python- İki dil arasındakı fərqliliklər.
Statik və dinamik yazı şəkli.
Java və Python arasındakı əsas fərq, Java statik şəkildə yazıldığı halda Pythonun dinamik şəkildə yazılmasıdır. Python, dinamik yazı şəklindən istifadə edir və bu da öz növbəsində istifadəçilərə müxtəlif tip dəyişikliklər etməsinə icazə verir . Bu hadisə Python dilinin oxuma və yazmasını asanlaşdırır, analizini isə çətinləşdirir. Buradan çox asanlıqla aydın olur ki, təcrübəsiz proqramçılar Python dilini, Java və digər proqramlaşdırma dillərinə nisbətən daha sürətli və asanlıqla öyrənir.
Digər tərəfdən Javada istifadəçi statik yazı şəklindən istifadə edir və bu da onu daha sonradan dəyişilməyən müxtəlif dəyişiklikləri etməyə imkan verir. Bir çox proqramistlərə görə, statik yazma şəkli , səhvlərin müəyyən olunmaması şansını minimuma endirir və bu da sizin proqramınıza təsir edə bilər. Onlardan istifadə etməzdən əvvəl dəyişəni elan etmək məcburiyyətində deyilsinizsə, bu dəyişikliyin adını bilmədən səhv yaza bilərsiniz və bununla da tamamilə fərqli bir dəyişəni yaratmaq riskiniz çox böyükdür.
Daşına bilən və sürətli
Portativliyə (daşına bilən) gəldikdə, həm Java, həm də Python çox portativdir. Masaüstü proqramların və veb tətbiqlərin istifadəsi mümkündür deyə bu Javanı açıq-aydın üstün edir. Buna əlavə olaraq, Java Virtual Maşını demək olar ki, hər yerdə mövcuddur, bunun nəticəsində əmin ola bilərsiniz ki, proqramınız, demək olar ki, hər bir istifadəçi tərəfindən istifadə olunacaq. Java proqramlaşdırma dili Python proqramlaşdırma dilindən daha sürətlidir, çünki ikinci dil yəni Python təhlil edilir, və bu da onun daha yavaş işləməyinə gətirib çıxarır. Buna görə, sürət çox deyilsə, Python dilindən istifadə edə bilərsiniz.
Giriş və dalğalı mötərizələr
Java tərif edilmiş sinifi və funksiyaları müəyyən etmək üçün ənənəvi dalğalı mötərizələrdən istifadə edir. Bu o mənaya gəlir ki, nöqtəli vergüldən istifadə edərək, blokları təyin etməlisiniz, əks təqdirdə kod işləməyəcək. Kodların bloklara ayrılmasının yeni yolunu tapdığına görə Python proqramlaşdırma dili Java və digər proqramlaşdırma dillərindən xeyli fərqlənir. Bu isə giriş adlanır. Giriş haqqında ən yaxşı şey isə odur ki, proqramçılar oxunuşu artırmaq üçün proqramlarını qurmağa məcburdurlar. Beləliklə çatışmayan bir dənə fiqurlu mötərizəyə görə səhvin olmağı mümkün deyil.
Bu proqramlaşdırma dilləri nə dərəcədə faydalıdır?
Python və Java proqramlaşdırma dilləri, hər ikisi veb və tətbiqi proqramlaşdırmada çox faydalıdırlar. Interaktiv veb saytlar gücü və uyğunluğu vurğulamaq üçün Java proqramlaşdırma dilindən istifadə edirlər. Python isə sadə sintaksisinə və güclü ssenarii qabiliyyətinə görə istifadə edilir. Beləliklə Java və Python veb tətbiqlərin yaradılışında istifadə olunur. Həmçinin bu dillər müstəqil proqramlar kimi də istifadə edilir, Javadan Minecraft kimi video oyunlar yaratmaq və Open Office kimi müstəqil proqramlar yaratmaq üçün istifadə edilir.
Baxmayaraq ki Python-dan ilk dəfə Bit Torrent-in yaradılmasında istifadə ediblər, buna rəğmən ondan müstəqil proqramlar üçün istifadə olunmur. Python hal- hazırda Süni İntellekt, Data Science və digər müasir texnologiyalarda üstünlük təşkil edir və bu da onu ən çox tələb olunan proqramlaşdırma dillərindən biri edir.
Bir proqramlaşdırma dili digərindən necə yaxşı ola bilər və məqsədi nədir?
Bir çox proqramçılar Python-dan başqa digər proqramlaşdırma dillərindən istifadə edə bilmədiklərini iddia edirlər, digər tərəfdən Javadan istifadə edənlərin də sayı xeylidir. Deməli,belə bir sual ortaya çıxır, hansı proqramlaşdırma dilləri ən yaxşı və faydalıdır? Əgər səsverməyə nəzər yetirsəz və yaxud online platformalara baxsaz aydın görərsiz ki, Python proqramlaşdırma dilinin sözsüz ki, qalib olduğunu görərsiz, insanlar ən çox üstünlüyü bu proqramlaşdırma dilinə verirlər. Çox insan fikirləşir ki, Java ilə müqayisədə Python dilini öyrənmək daha asandır. Buna əlavə olaraq, Python dil kodu Java ilə müqayisədə daha asan başa düşülür və oxunaqlıdır.