Go proqramlaşdırma dilində paket necə yazılır?
Paket (package) nədir?
Go proqramlaşdırma dilində yazdığımız kodun təşkili paketlər tərəfindən təmin edilir. Burada istifadə etdiyimiz kitabxanalar və əsas kodumuz paketlər şəklində olur.
Paketlərə ad verərkən yazdığımızın kodun ən yuxarısında "package" açar sözü istifadə olunur.
Qeyd edim ki, "package" sözünün istifadəsi məcburidir. İstifadə olunmadıqda kod xəta verəcəkdir.
Paketlərin xüsusiyyətləri
- İçərisində .go faylları olan qovluqdur.
- Yazdığımız paketin adı "main" ola bilməz.
- Həmçinin paketin içərisində main() funksiyası olmamalıdır.
- Fərqli layihələrdə istifadə oluna bilər.
- Paketin içərisində funksiyalar və dəyişənlər hər kəsə açıq və gizli şəkildə yazıla bilər.
Əlaqəli:
Niyə Go proqramlaşdırma dili?Layihə içərisində öz paketimizi necə yazırıq?
Layihə daxilində test qovluğunun içərisində "test.go" faylı qururuq.
"Test.go" faylının içərisini aşağıdakı kimi yazırıq:
Burada paket adı qovluq adıyla eyni olmalıdır. Test.go faylının içərisində Hi() funksiyasını yazmışıq. İndi isə main.go faylında test paketimizi çağıraraq istifadə edək.
Main.go faylında test paketimizi import edib, main() funksiyamızda test paketinin içərisində yazmış olduğumuz Hi() funksiyasını çağırırıq. Bu zaman aşağıdakı nəticəni alırıq.
Biz proqramı işlətdikdə proqram import etdiyimiz "meqale/test" paketini "GOROOT"un içərisində axtaracaq və tapmadığı üçün siz "package meqale/test is not in GOROOT" xətası alacaqsız. Bunun üçün siz proqramı işlətməzdən əvvəl terminalda "go mod init" yazaraq go.mod faylını qurmalısınız.
Artıq proqramı işlədən zaman import etdiyimiz "meqale/test" paketini "GOROOT"da yox, öz layihəmizdə axtaracaq və beləliklə kodumuz problemsiz şəkildə işləyəcəkdir.
Git sistemindən paketlərin yüklənməsi
Biz Github, Bitbucket kimi saytlardan başqa proqramçıların yazmış olduğu paketləri rahatlıqla yükləyərək öz layihəmizdə istifadə edə bilərik. Bunun üçün terminalda "go get -u github.com/id/repository_name" yazırıq. Daha sonra yüklənmiş paketi layihəmizdə import edərək istifadə edə bilərik.
Ümid edirəm ki, bu yazdığım məqalə sizin üçün faydalı olacaqdır.