Deep Veb ve Dark Veb arasındaki fərq nədir?
Dark Veb nədir?
Dark Veb ilk dəfə 1970-ci illərdə ARPANET layihəsində istifadə edilmişdir. O zaman Dark Net adı altında istifadə olunurdu. ARPANET layihəsinə aid IP-lər yalnız Dark Net vasitəsilə tapıla bilərdi. İndiki vaxtda onun Dark Web adlandırılmasının səbəbi internet axtarış sisteminizdə axtarış etdiyiniz zaman Dark Veb-ə daxil ola bilməməyinizdir.
Dark Veb-ə daxil olmaq qadağan edilmir. Bununla belə, Dark Veb-də qeyri-qanuni ünvanlara yönləndirilə bilərsiniz. Yanlış ünvanı daxil etsəniz və ya internet üzərindən sizə dəvət göndərilsə və bu ünvanlarda hər hansı fəaliyyətlə məşğul olsanız, siz günahkar sayıla bilərsiniz. Dark Veb-ə daxil olduğunuz zaman qarşılaşdığınız məzmuna hazır olmalısınız. Bilməlisiniz ki, internetin bu tərəfində gördüklərinizin 95%-i qanunsuzdur. Bir çox şey qanuni deyil, lakin qanuni olan hissələr olduğundan Dark Veb-ə daxil olmaq qadağan edilmir.Dark Veb-dən qanuni şəkildə istifadə etmək istifadəçidən asılıdır.
Deep Veb nədir?
Deep Veb - Ümumdünya Şəbəkəsinin standart veb axtarış sistemləri tərəfindən indeksləşdirilməyən hissələridir.Deep Veb İnternetdən istifadə edən hər kəs üçün əlçatan olan səthi internetin əksidir. Kompüter alimi Michael K. Bergman bu termini 2001-ci ildə axtarış indeksi termini kimi işlətməyi ilə tanınır.
Deep-Veb saytlara birbaşa URL və ya IP ünvanı ilə daxil olmaq olar, lakin faktiki məzmuna daxil olmaq üçün şifrə və ya digər təhlükəsizlik məlumatlarının daxil edilməsi tələb oluna bilər. Bu tip saytlar e-poçt xidmətləri, onlayn bankçılıq, bulud yaddaşı, məhdud giriş sosial media səhifələri və profilləri və bəzi veb forumlar kimi məzmuna baxmaq üçün, qeydiyyat tələb olunan saytlara daxil olmaq üçün istifadə olunur.
Deep Veb ve Dark Veb arasındaki fərq.
Dark Veb və Deep Veb terminləri bəzən bir-birini əvəz edir, lakin eyni şey deyil. Deep Veb məzmunlarına internet axtarış sistemləri vasitəsilə daxil ola bilərsiniz. Deep Vebə daxil olmaq üçün parol və ya xüsusi proqram təminatı tələb olunsa da, Dark Veb-ə Tor və ya başqa brauzer vasitəsilə daxil olunur. Deep Veb qanuni fəaliyyətlər üçün istifadə edilsə də, Dark Veb qeyri-qanuni fəaliyyətlərin yuvasıdır. Dark Veb-in nə qədər böyük olduğunu heç kim bilmir. Bir çox insan bunun internetin 5%-ni əhatə etdiyini iddia edir(Mif). Dark Web əslində Deep Vebdən daha aşağıdadır, Dark Vebi onu alt-səviyyəsi kimi adlandırmaq olar.
Tor brauzeri nədir?
Amerika hökuməti Tor brauzerinin yaradılmasında iştirak edənlərdən biridir. 1990-cı illərdə Amerika Hərbi Dəniz Qüvvələri tərəfindən kəşfiyyat rabitəsi üçün istifadə edilmişdir. Amma indi Tor brauzerindən hər kəs istifadə edə bilər. Tor istifadə edərkən internetin digər internet brauzerləri ilə müqayisədə daha yavaş olduğu görülür. Bunun səbəbi internet trafikinin şifrəli olmasıdır. Əslində, bu Dark Veb-in Tor brauzerindən istifadə etməsinin ən böyük səbəbidir və bu şifrələmə sayəsində Tor brauzerində anonim qala bilərsiniz. Bu anonimlik Dark Veb-i bu hala gətirən amillərdən biridir. İnternetin bu hissəsi çoxlu qeyri-qanuni məzmun ehtiva edir, çünki heç kim nə etdiyinizi bilmir. Burda bir çox şey qanunsuz olduğu üçün istifadəçilərin ən çox istədiyi şey anonim qalmaqdır. Ancaq bu o demək deyilki siz tam şəkildə qorunursuz. Dark Vebdə daha dərinlərə getdiyiniz zaman artıq Tor brauzeri belə keçərsiz qalır. Oralarda artıq daha başqa texnologiyalardan istifadə etməlisiz.