CRUD nədir
Müasir veb development istifadəçinin verilənlər bazası (database) ilə qarşılıqlı əlaqəsini əhatə edir. Bir qayda olaraq, istifadəçi verilənlər bazası ilə bəzi şeyləri yerinə yetirməlidir.
Bunlar 4 yerə bölünür:
yaratmaq (create)
baxmaq (view)
yeniləmək (update)
silmək (delete).
kompüter proqramlaşdırması üçün də CRUD abbreviaturası; yaratmaq, oxumaq, yeniləmək və silmək deməkdir.
Əgər əvvəllər verilənlər bazası (database) ilə işləmisinizsə, mütləq CRUD ilə də işləmisiniz.
CRUD əməliyyatları çox vaxt SQL ilə birlikdə istifadə olunur. SQL developerlər arasında çox populyar olduğundan, developerlər üçün CRUD əməliyyatlarının necə işlədiyini başa düşmək çox vacibdir.
CRUD tərtibatçıya qüsursuz proqramlar yaratmağa kömək edir. İnternetdəki əksər proqramlar əslində CRUD proqramlarıdır.
Məsələn, ümumi nümunələrdən biri kimi Facebook-u götürək. Facebook sadəcə olaraq istifadəçilərin özləri haqqında məlumatları yarada, silə, dəyişdirə və digər insanlar haqqında məlumatları oxuya biləcəyi CRUD proqramıdır.
CRUD əməliyyatları REST altında baxsaq
CRUD əməliyyatlarının veb proqramlarda necə istifadə edildiyini ətraflı nəzərdən keçirək.
Çox vaxt REST arxitekturasından veb proqramlarda CRUD əməliyyatlarını idarə etmək üçün istifadə olunur.
REST sadəcə bir anlayışdır, qaydalar toplusudur. Resursları müştəri-server əlaqəsi daxilində hərəkətlərə bağlamaq üçün GET, PUT, POST kimi HTTP protokollarından istifadə edir.
Bu qaydaları proqrama tətbiq etsəniz, proqramınız RESTFul adlanır.
Məsələn, CRUD-dakı hər hərf HTTP protokol metodu ilə də əlaqələndirilə bilər:
- Create — Post
- Read - Get
- Update - Put
- Delete - Delete
REST mühitində CRUD adətən müvafiq olaraq POST, GET, PUT və DELETE HTTP metodlarına istinad edir.