Bütün Zamanların Ən Çox Zərər Verən Kompüter Virusları

Kompüter virusları, bir zamanlar çoxda ciddiyə alınmırdı, ancaq indiki dövürdə ən çox ziyan verən bir bəlaya çevrilib. İstənilən vaxt kompüteriniz yüzlərlə zərərli virusla qarşılaşma riski altındadır. Kiçik virusların üstəsindən çox vaxt kompüterimizə yüklədiyimiz antivirus proqramları sayəsində silə bilirik. Ancaq bəzən antivirus proqramlarının belə üstəsindən gələ bilməyəcəyi qədər təhlükəli viruslar ola bilir. Bu məqaləmizdə ən təhlükəli virusları qeyd edəcəyik.

Ən Ölümcül Kompüter Virusları

1. Klez


Bu virus ən çox ziyan vuran viruslardan biridir. 2001-ci ildə çıxan bu virus 7 milyondan çox kompüterə keçmişdir. Klez virusunun təxminən 20 milyard dollar ziyan vurduğu qeyd olunur. Klez soxulcanı saxta e-poçtlar göndərərək yayılırdı. BU soxulcan virus, fayıllara yoluxurdu və özünü kopyalayaraq qurbanlarıın şəbəkəsinə yayılırdı.

2. ILOVEYOU


Bu virüs Loveletter olaraqda adlandırılır. Dörd may 2000-ci ildə çıxan virus 10 milyondan çox kompüterə yayılmışdır. ILOVEYOU virusunun 15 milyard dollara yaxın ziyan vurduğu bildirilir. Bu virus Filippinli iki ünversitet tələbəsi Reonel Ramones və Onel de Guzman tərəfindən yaradılıb. Bu virus bir "sevgi etirafı" formasında insanların e-poçt ünvanlarına yayılırdı, insanlar bilmədən bu e-poçt mesajını klikləyəndə  kompyuterləri virusa yoluxurdu bu sayədə virus həmin şəxsin e-poçt siyahısındaki hərkəsə özünün kopyalarını göndəriridi. Virus fayılları kopyalayıb kompütüeri açılmaz vəziyyətə gətirirdi. 

3. Mydoom


Bu virus tarixə ən çox ziyan vuran virus kimi düşmüşdür. Bu virusun 38.5 milyard dollar ziyan vurduğu bildirilir.İlk dəfə 26 yanvar 2004-cü ildə çıxan bu virus kütləvi e-poçt mesajları göndərərək yayılırıdı.Novarg, Mimail.R olaraq da bilinən Mydoom, Microsoft Windows-u təsir edən bir kompüter soxulcanı idi. Mydoom virusu, ILOVEYOU virusu kimi çox tez yayılırdı. ILOVEYOU virusu kimi həmin şəxsin e-poçt siyahısındaki hərkəsə özünün kopyalarını göndəriridi. Bir nöqtədən göndərilən e-poçtların 25%-dən bu virus məsul idi. Mydoom soxulcanı bu gün belə aktif virusdur. Bu virusun yaradıcısnı tapana 250 min dollar pul mükafatı veriləcəkdi, ancaq buna baxmayaraq bu soxulcanın yaradıcısı tapıla bilmədi.

Həmçinin, oxuya bilərsiz: Malaware nədir?

4. Code Red


2021-ci ili üçün danışsaq Code Red virusu biraz zərərsiz görsənə bilər, ancaq 2001-ci ildə bu virus çox təhlükəli virus sayılırdı. Bu virus 1 milyona yaxın kompüterə nüfuz etmişdir, verdiyi ziyanın 2.4 milyard dollar olduğu bildirilir. Bu virusdan 2 milyona yaxın serverin təsirləndiyi bildirilir. Bu soxulcan 3,569 bayt ölçüsü ilə sabit disklərdə və ya digər yaddaşlarda heç bir iz qoymurdu. Bu virus ABŞ-ın Ağ evinin www.whitehouse.gov  saytına zərər verərək sıradan çıxarmışdır, bundan sonra dövlət qurumlarıda öz saytalrını müvəqqəti olaraq bağlamaq məcburiyyətində qalmışdılar.

5. Slammer


Sapphire olaraqda bilinən SQL Slammer soxulcanı 2003-ci ildə 200.000 yaxın kompüterə yoluxmuşdur. Verdiyi ziyanın 1.2 milyard dollar olduğu bilinir. Slammer  internet serverlərinə DDoS hücumları edərək  internetin yavaşlamasına və bloklanmasına səbəb olan bir virusdur. Slammer soxulcanı ABŞ və Kanadadaki banklara hücum edirək onlara çox ziyan vurudu, bəzi banklar müvəqqəti olaraq bağlanmaq məcburiyyətində qalmışdılar.

6. Zevs


İlk dəfə 2007-ci ildə ortaya çıxan Zevs, Windows kompüterlərini yoluxdurmaq və  şəxsi məlumatları oğurlamaq istəyən cinayətkarlar üçün yaradılmış bir Truva atıdır(troyan). 2009 -cu ilin iyun ayında  təhlükəsizlik şirkəti Prevx, Zevsin Bank of America , NASA , Monster.com , ABC , Oracle kimi şirkətlərin internet saytlarında 74.000 -dən çox FTP hesabının oğurlandığını bildirdi. Bu virus ən çoxda bank məlumatlarını oğurlamaq üçün istifadə olunurdu. Zeus, Əsasən drayver yükləmə ve fişinq  yoluyla yayılırdı. Bu virusun təxminən 3 milyarda yaxın ziyan verdiyi bildirlir. 2010-cu ildə çoxu Amerikan olan, sayları 100-dən çox olan yaxın cinayətkar dəstə tutuldu. Ancaq virus yenədə bu günlərdə aktif olaraq işləyir.

7. WannaCry


2017-ci ildə ortaya çıxan bu kompüter virusu,  kompüterinizi ( bulud fayllarını) ələ keçirən və onları girov saxlayan bir fidyə proqramı virusudur(Ransomware). Virusun 150 ölkədə 200.000 kompüterə yoluxduğu qeyd olunur, verdiyi zərərin isə təxminən 4 milyard dollara yaxın olduğu bildirilir. Əsasən  köhnəlmiş əməliyyat sistemli kompüterlər ağır zərbə aldı. Buna görə təhlükəsizlik mütəxəssisləri sistemlərinizi  yeniləməyi məsləhət görürlər.

8. Sobig


İlk dəfə 2003-cü ildə ortaya çıxan bu soxulcan, milyonlarla internetə bağlı kompüterə yoluxmuşdur. Mydoom virusundan sonra ən çox ziyan verən virusdur. Verdiyi zərərin bütün dünyada 30 milyard dollar olduğu bildirilir. Sobig virusunun bir neçə versiyası vardır, ilk versiyası Sobig.A-dır, ən təhlükəli versiyası isə Sobig.F-dir. Bu virusunda yaradıcısı tapıla bilməmişdir.

9. Sasser


Sasser, 30 aprel 2004 -cü ildə  Alman kompyuter elimləri tələbəsi Sven Jaschan a tərəfindən yaradılmışdır. Jaschan bir vaxtdan sonra tutuldu, ancaq yaşı az olduğundan şərti cəza aldı. Verdiyi ziyanın 500 milyon dollar olduğu bildirilir.

Həmçinin, oxuya bilərsiz: Black Hat, Grey Hat Və White Hat Hakerlər Arasında Fərq

10. CryptoLocker


İlk dəfə 2013-cü ildə çıxan CryptoLocker, Windows ilə işləyən kompüterlərə yönəlmiş bir  fidyə proqramdır(ransomware). Bu virus sabit disklərdəki fayılları şifrəliyirdi, bu virusu kompüterdən çıxarmaq asan olsada, fayıllar yenədə şifrəli olaraq qalırdı. Fayıllardakı şifrəni açmağın yeganə yolu isə verilən vaxta qədər fidyəni ödəmək idi. Təhlükəsizlik firmasını olan Sophos-un hesabatına görə ortalama fidyə proqramı hücumu bir iş üçün 133.000 dollara başa gəlirdi. Bu virus 5000 yaxın şirkətə zərər vurmuşdur, verdiyi ziyanın isə 665 milyon olduğu qeyd olunur.

11. Stuxnet


Stuxnet kompüter soxulcanının, İranın Natanz-dakı uran zənginləşdirmə müəssisələrinə zərər vermək üçün İsrail və Amerika tərəfindən hazırlandığı deyilir. Bu soxulcan zərərli təlimatlar göndərərək İran Nüvə Proqramına böyük zərər vermişdir. Stuxnet-in hədəflənən sənaye nəzarət sistemlərinin, 200.000-dən artıq kompüterə və 1000-dən artıq maşına böyük fiziki zərər vurduğu bildirilir.

12. Melissa


1999-cu ilin ən təhlükəli kompüter virusu olan Melissa-nın, 80 milyon dollardan çox ziyan verdiyi bildirilir

13. Flasback


Ancaq Mac kompyuterlərinə nüfuz edən bu virus, 2012 ci ildə 600 mindən çox Mac kmpüterinə yoluxduğu bildirilir.