Acceptable-use policy (AUP) nədir?

AUP ( Acceptable-use policy – məqbul istifadə qaydaları ) – kompüter sisteminin mülkiyyətçiləri, yaxud Internet xidməti təminatçıları (ISP) tərəfindən kompüter və şəbəkə qurğularının məqbul istifadəsi haqqında müəyyən edilmiş qaydalar. Məqbul istifadə qaydalarına, ümumiyyətlə, aşağıdakı məsələlər daxil olmalıdır:

1. İstifadəçilər etdikləri əmələ görə məsuliyyət daşıyırlar. Başqa istifadəçilərin bilərəkdən işinə qarışmaq, onları narahat etmək, onlara mane olmaq yolverilməzdir.

2. Kompüter yalnız nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilə bilər. Məsələn, siz işlədiyiniz quruma məxsus kompüterdən başqa yerdəki iş üçün istifadə edə bilməzsiniz; eləcə də siz dövlət universitetinə məxsus kompüteri özəl pullu layihələrdə çalışdıra bilməzsiniz. İşçilər iş vaxtlarını necə istifadə etmələrinə görə məsuliyyət daşıyırlar.

3. Parollar (PASSWORD) gizli saxlanılmalıdır.

4. Xidmət təminatçısı sui-istifadə etməyə görə haqq-hesabı dayandırmaq hüququna malikdir. Yaramaz hərəkətlərdə ittiham olunan adamlar işlərinə ədalətlə baxılmasını tələb edə bilərlər.

5. İstifadəçilər xəbər qruplarının və başqa elektron müzakirə forumlarının məqbul istifadə qaydalarına dözümlü olmalıdırlar. Unutmayın ki, İnternetdə siz həmişə bir qonaqsınız.

6. Hərflər zənciri və e-poçt kütləsi baha, arzu olunmayan və ümumiyyətlə, icazəsizdir. Geniş kütləyə çatmağın ən düzgün yolu münasib xəbər qrupundan istifadə etməkdir.

7. Kiber-fəza qanundan üstün deyil. Saxtakarlıq, qumar, ədəbsizlik və hədəqorxu gəlmək, yaxud zorakılığa təhrik etmək kimi hərəkətlər gerçək dünyada qeyri-qanuni olduğu kimi, kompüterdə də qeyri-qanuni hesab olunur.

8. Hesabaalma yazısından (ACCOUNT) məhrum etmək yaramaz hərəkətlər üçün yeganə cərimə üsulu kimi məcburi deyil. Xidmət təminatçısı qanunu pozan, yaxud qəsdən başqalarına zərər vuran istifadəçiləri cinayət və ya mülki öhdəliklərdən müdafiə edə bilməz. Gerçəkdən zərərli kompüter sui-istifadəçiləri, ümumiyyətlə, bir neçə hesabaalma yazısına malik olur və onların qarşısı başqa vasitələrlə alınmalıdır.