Printer alarkən nələrə diqqət edilməlidir?

Printerlər gündəlik həyatı asanlaşdıran cihazlardan biridir. Kompüterdəki yazıların və şəkillərin sənəd kimi çıxmasını təmin edən printerlər gündəlik həyatı asanlaşdıran cihazlar arasındadır. Əldə edilən çap keyfiyyəti, printerlərin növündən asılı olaraq dəyişə bilər. Printer alarkən hər bir istifadəçi gözləntilərinə uyğun ən yaxşı varianta seçmək istəyir. Hansı tip printeri alacağınıza qərar verə bilmirsinizsə, alış-veriş etməzdən əvvəl gözləntilərinizə uyğun variantları sadalaya bilərsiniz.

İstifadə miqdarı da printer seçimində aktiv rol oynayır. Bu səbəbdən printerdən nə qədər istifadə edəcəyinizi təyin edərək məhsulu seçməlisiniz. Xüsusən də printeri davamlı istifadə etmək niyyətindəsinizsə, lazerli(tonerli) variantlara müraciət etməyiniz daha yaxşı olar. Daha az çap etməyi hədəfləyirsinizsə, şırnaqlı(kartric) printerləri sizin üçün idealdır.

Şırnaqlı(Kartric) printerləri arasında seçim edərkən yaxşı bir araşdırma aparmaq lazımdır. Seçdiyiniz kartric modelinin bazarda asanlıqla tapılması və qiymətinin münasib olması son dərəcə vacibdir. Daha praktik istifadə üçün siz Duplex Printing (hər iki tərəfə çap edə bilən) almalısınız. 

İndi gəlin yuxarda dediklərimizi daha ətraflı açaq:

Printer alarkən bunlara diqqət edin?

1. Printerin növü

Printerlər təyinatlarından və sahəsindən asılı olaraq müxtəlif növləri var.

1. Şırnaqlı(Inkjet) printerlər

İnkjet, yəni mürəkkəbdən istifadə edən printerlər; çap edərkən mürəkkəb səpərək işləyən printerlərdir. Bu printerlərdə mürəkkəblərin keyfiyyəti yaxşı olarsa, çap keyfiyyəti də yaxşı olar. 


Bu printerdən kimlər istifadə edə bilər:

Şəkil çap keyfiyyəti Lazerli(toner) printerlə müqayisədə yüksəkdir. Davamlı olaraq rəngli mətnlər və ya fotoşəkillər çap edəcəksənizsə, bu tip printeri seçə bilərsiniz. Printerdən çox istifadə etmirəm, ayda cəmi 150-200 dəfə çapdan istifadə edəcəm deyirsinizsə, onda sizin üçün Şırnaqlı printer, Lazerli printerdən daha sərfəli olacaq.

2. Lazer(Toner) printerlər

Toz boya(toner) istifadə edən printerlər Lazer (toner) printerlər adlanır. Lazer printerlərin; qara mono lazer, çoxfunksiyalı lazer, rəngli mono lazer və çoxfunksiyalı rəngli lazer olaraq 4 fərqli növü var. Lazer printerlərin istifadəsi ümumiyyətlə sərfəlidir, lakin peşəkar məqsədlər üçün istifadə edilməyəcəksə, qiyməti nəzərə alınmalıdır.



Bu printerdən kimlər istifadə edə bilər:

Gün ərzində printerdən aktiv istifadə edəcəksinizsə bu sizin üçün uyğundur. Ayda ən azı 400 və ya daha çox çap edəcəm deyirsinizsə ala bilərsiniz. Bu şəkildə istifədə edəcəksinizsə, Şırnaqlı printerlə müqayisədə sizin üçün daha sərfəli olacaq.

3. Nöqtəli Matris printerlər

Nöqtəli matris printerlər üçün sərf olunan material lentdir. Lentlər doldurula bilməz və yenisi çox bahalı deyil. Ümumiyyətlə, tez-tez faktura üçün istifadə olunur. 



Bu printerdən kimlər istifadə edə bilər:

Ofislər, marketlər, faktura verən hər-hansı bir müəssisə bunlardan istifadə edə bilər. Bu, əsasən köhnə hesab-faktura sistemlərində etibarlıdır, indi bir çox faktura A4 formatında çap edilə bilər. Siz fakturaları çap etmək üçün lazer printerlərdən istifadə edə bilərsiniz.

2. Printeri isfidafədə edəcəyiniz yer və enerji sərfiyyatı

Ev üçün istifadə edəcəyiniz printerlər daha kiçik və daha faydalı olmalıdır. Böyük printerlər həm evdə daha çox yer tutur, həm də daha çox enerji sərf edir. İşdə istifadə edəcəyiniz printer daha əhatəli və güclü məhsul olmalıdır. Hər iki sahədə istifadə olunacaq printerlərdə ən əhəmiyyətli məqam enerjiyə qənaət edib etməməsidir. Xüsusilə iş yerlərində çox istifadə edildiyi üçün xərclər yüksək ola bilər.

3. Hansı brendin məhsulun almalıyam?

Printer alarkən qiymətlərə baxıb ən ucuz firmadan almaq əvəzinə bu işin əhli firmalardan almaq daha məntiqli olardı. Canon, HP, Xerox, Epson, Samsung şirkətlərinin istehsalı olan büdcəyə uyğun printer ala bilərsiniz. Ərazinizdə  həmin şirkətin xidmət şəbəkəsi olan, toner və kartriclərini asanlıqla tapa biləcəyiniz tanınmış brend printerləri almalısınız. Marka adını ilk dəfə eşitdiyiniz çox ucuz printerlərdən mütləq uzaq durun.