İnstallation program (quraşdırma proqramı) başqa bir proqramı verilənlər daşıyıcısına və ya kompüterin yaddaşına quraşdırmaq üçün nəzərdə tutulmuş proqram. Quraşdırma proqramı, adətən, heç də asan olmayan proqramın quraşdırılması prosesində və onu kompüterin , printerin və monitorun verilmiş konfiqurasiyasına “ bağlamaqda ” istifadəçiyə yardımçı olur. Tətbiqi proqramı əməliyyat sisteminin adi komandaları vasitəsilə kompüterə köçürməkdən qorumaq üçün də quraşdırma proqramından istifadə edilir; belə ki , quraşdırma proqramı quraşdırılan proqramın kopiyalarının sayına nəzarət edir; kopiyanı bir kompüterdən başqasına keçirmək üçün istifadəçi quraşdırılmış kopiyanı silməli və onu elə həmin quraşdırma proqramının köməyi ilə başqa bir kompüterə quraşdırmalıdır .
Müəllif
Əyyub Hacıyev
Salam dostlar!
Mən Hacıyev Əyyub. 10 ildən artıqdır ki proqramlaşdırma ilə məş....