Instagram, ödənişli abunəlik funksiyasını sınaqdan keçirməyə başlayır
Onusuzda Instagram bloggerləri pullu ortaqlıqlarla milyonlarla dollar qazanırlar. İndi, Meta-ya məxsus şirkət, bloggerlərə daha çox qazanc əldə etmək üçün yeni bir xüsusiyyət gətirəcəyini elan etdi.
Instagram, iOS və Android proqramları vasitəsilə bloggerlər üçün yeni ödənişli abunə funksiyasını sınaqdan keçirməyə başlayıb. Instagram-ın yeni abunə xidməti Twitter-in SuperFollows və OnlyFans xidmətlərinə bənzəyəcək ki, bu da yaradıcılara sadiq izləyicilərdən sabit gəlir əldə etməyə imkan verir. Facebook bu hərəkəti ilə, deyəsən, böyüməyə başlayan OnlyFans kimi potensial rəqiblərini bloklamaq istəyir.
Instagram-ın rəhbəri Adam Mosseri Twitter-dakı hesabından, bloggerlər üçün yeni pul qazanma funksiyasını işə saldığını təsdiqlədi və onlar Abunəçi Həyatları, Abunəçi Hekayələri və Abunəçi Nişanları vasitəsilə məzmun təklif edə bilərlər. Bu xususiyyət ilkin olaraq ABŞ-da bəzi blogerlər üçün əlçatan olacaq və rəy əsasında yaxşı nəticə göstərərsə gələcək aylarda başqa ölkələrdəki istifadəçilərdə bu xüsusiyyətdən istifadə edə biləcəklər.
Hekayələr ilə bloggerlər yalnız abunəçiləri ilə canlı yayım edə edəbiləcəklər və istifadəçilər həmin Hekayələrə xüsusi giriş əldə edə biləcəklər. Onlar bənövşəyi halqa ilə işarələnəcəklər ki, istifadəçilər bunun yalnız onlar üçün olduğunu bilsinlər.