HTML nədir?
HTML nədir?
İngilis dilində açılışı "Hyper Text Markup Language" olan HTML, Azərbaycan dilinə "Hipermətn İşarələmə Dili" kimi tərcümə edilən mətn işarələmə dilidir. Qeyd etmək lazım olan mühüm bir məqam var; o da budur ki, HTML skript və ya proqramlaşdırma dili deyil. HTML nədir? deyənlər üçün işarələmə dili olaraq ən qısa formada cavab vermək olar. HTML, kompüterlərimizdə, telefonumuzda istifadə etdiyimiz veb saytların yaradılmasında istifadə olunur. Eyni zamanda hazırlanmış səhifələrin veb-brauzerdə düzgün göstərilməsini təmin edir. Chrome, Firefox və Opera kimi brauzerlər html kodlarını emal edərək və bu kodları veb səhifələrə çevirir. Qısaca desək, HTML vebin təməl sütunudur.
HTML Necə İşləyir?
HTML faylları .html və ya .htm uzantısı ilə bitən sənədlərdir. Bu fayllara istənilən internet brauzerindən (Google Chrome, Safari və ya Mozilla Firefox) baxa bilərsiniz. Brauzer HTML faylını oxuyur və onu internet istifadəçilərinin görə biləcəyi məzmuna çevirir.
Ümumiyyətlə, ortalama bir vebsayt bir neçə fərqli HTML səhifəsini ehtiva edir. Məsələn, ana səhifələr, haqqında səhifələr, əlaqə səhifələri kimi müxtəlif səhifələrdə fərqli HTML sənədləri var.
HTML nə işə yarayır?
HTML mətn, video və ya vizual elementləri səhifənin içərisinə yerləşdirməyə və istədiyiniz kimi mövqeləndirməyə imkan verir. Həmçinin, axtarış motorlarına vebsaytlar haqqında məlumat verir. Bu baxımdan veb səhifələr sadə kod strukturları olan teq və atributlardan istifadə etməklə formalaşdırıla bilər. HTML əslində veb saytın skeleti adlandırıla bilər. Başqa sözlə, HTML kodları olmadan vebsayt kodlaşdırıla bilməz. Ancaq bilməniz lazım olan ən vacib şey HTML ilə yaradılan saytın dinamik deyil, statik olacağıdır.
Html kodu yazmaq üçün kompüterlərə proqram quraşdırmaq lazım deyil. Wordpad, notepad və ya word kimi orta ölçülü mətn redaktoru html səhifələri yarada bilər. Kod yazmağı asanlaşdırmaq üçün Visual Studio Code, Dreamwear, IntelliJ Idea, Sublime Text, WebStorm, Notepad++ və s. kimi alətlərdən istifadə edilə bilər. Yazılan html kodları saxlanarkən htm, xhtml və html kimi brauzerlərin anlaya biləcəyi şəkildə saxlanmalıdır.
HTML Yazarkən Bunları Nəzərə Alın
HTML teqləri(etiket) “<” və “>” işarələri arasında yazılır.
HTML elementi adətən məzmun arasında yerləşdirilmiş başlanğıc və bitiş teqindən ibarətdir. Teqlər / işarəsi ilə bağlanır. Məsələn:
<head>...</head>
Bu teqləri yazarkən kiçik hərflərə üstünlük verilir.
Ən çox istifadə olunan HTML kodları
<!DOCTYPE html > : Bütün HTML sənədləri bu kodla başlamalıdır. Bu kod əslində səhifənin HTML5 formatına uyğun kodlandığını göstərir.
<html> </html> : Bütün HTML kodları bu iki teq arasında müəyyən edilməlidir.
<head> </head> : Veb səhifənin dilininin, başlığınının və digər tərtibatlarınının yer aldığı etiketdir. Bu bölmədəki kodlar saytda görünmür.
<body> </body> : Bu sahə bütün saytın göstərildiyi və sayta daxil olan hər kəsin görə biləcəyi sahədir. İstifadə olunan etiketlərin əksəriyyəti body bölgəsində yerləşir. Başlıqlar, paraqraflar, şəkillər və s.
<title> </title> : Veb saytın başlıq sahəsini təyin etmək üçün istifadə olunur. Bu başlıq brauzerin yuxarı hissəsində görünür. <title> teqi <head> teqləri arasında olmalıdır.
<h1> ,<h2>,...<h6> : Bu, bizə veb səhifəmizə başlıq əlavə etməyə imkan verir.<h1> ən böyük şrift, <h6> ən kiçik şriftdir.
<p> </p> : Bir paraqrafı təyin edir.
<meta charset=”utf-8″>: HTML kodunun Azərbaycan simvollarını dəstəklədiyini və bir çox dil toplusunu ehtiva etdiyini göstərir.
<img> : Veb səhifəyə şəkil əlavə edir. <img> teq yalnız açılışı ehtiva edir, </img> kimi bağlanmır.
<button> </button> : Kliklənə bilən düymə yaradır.
<div> </div> : Sənədinizin bir hissəsini təyin etmək üçün istifadə olunur.
<table> </table> : Cədvəl yaradır.
<frameset> </frameset> : Çərçivə yaradır.
<br> : İstifadə olunduğu yerlərdə mətn alt sətirdən davam edir.
HTML-in müsbət cəhətləri
1. Öyrənilməsi asan dildir
2. Açıq mənbə koduna sahibdir
3. Tamamilə pulsuzdur
4. PHP ,Node.js və.s kimi backend dilləri ilə harmoniyada işləyir
5. Rəsmi veb standartları World Wide Web (W3C) tərəfindən nəzarət edilir
6. Demək olar ki, bütün internet brauzerlərində rahat şəkildə işləyə bilir
HTML-i Necə Öyrənmək olar?
HTML öyrənməsi üçün çox asan və zövqlü bir dildir. Siz sadə prakrikalar edərək başlaya və sonra öz veb saytınızı ilkin olaraq yarada bilərsiniz. Bu dili öyrənmək üçün alqoritm və ya başqa proqramlaşdırma dilini bilməyə ehtiyac yoxdur. Youtube və Udemy kimi video məzmun saytlarından çox rahat şəkildə öyrənə bilərsiniz. Video məzmundan başqa, HTML öyrənməyinizi asanlaşdıracaq bəzi vebsaytlarda var. Bunlar,
W3schools HTML, CSS və Javascript öyrənmək üçün ən yaxşı yerdir.
Stackoverflow, nümunələrə baxa biləcəyiniz bir veb saytdır.
CodePen saytında siz öz hesabınızı yaradıb və HTML, CSS, JS yazmağa başlaya bilərsiniz.