Hosting nədir?
Hosting nədir?
Saytınızın işləməsi üçün serverlərdə sizin üçün ayrılmış sahəyə hosting deyilir. Hostinq xidməti, server adlandırdığımız və kompüterlərdən daha güclü olan maşınlar vasitəsilə təmin edilir. Serverlər daim açıq və gecə-gündüz işlək vəziyyətdə olurlar.
Hətta gecə saat 04:00-da kompüterinizdən texno.blog saytına daxil olduğunuz zaman sayt açılırsa, bu, kompüterinizin serverimizə qoşulması və saytımıza aid faylları kompüterinizin ekranına köçürməsi deməkdir. Bunun üçün də serverlər daim açıq və internetə qoşulu olmalıdır.
Əlaqəli:
Server nədir?Real dünyada bir iş qurmaq istədiyiniz zaman, məhsullarınızı düzəltmək, saxlamaq və satmaq üçün fiziki məkana ehtiyacınız var. Eyni qaydalar veb saytı qurarkən rəqəmsal dünyada da tətbiq olunur.
Onlayn biznes qurduğunuz zaman veb saytınızda olan bir sıra fayllar, şəkillər və HTML kodlarınız olur. Loru dildə desək: Bu fayllar yer tutur və qalmaq üçün bir yerə ehtiyac duyur. Onlayn ev olmasaydı, fayllarınız sadəcə kompüterinizdə qalardı və heç kim onları görməzdi. Burda Onlayn ev dedikdə Hosting-i nəzərdə tuturuq.
Hostinq provayderi bütün fayllarınızı saxlamaq üçün veb serverdə yer təmin edir və brauzerdə domen adınızı yazaraq sorğu göndərən kimi vebsaytınızın fayllarının çatdırılmasına cavabdeh olur.
Hostinq xidmətinə qeydiyyatdan keçdiyiniz zaman sadəcə olaraq vebsaytınızın düzgün işləməsi üçün lazım olan faylları və məlumatları saxlaya biləcəyiniz serverdə bir yer icarəyə götürürsünüz.
Qısacası, Hostinq; veb saytınızın bütün fayllarının(şəkillər, verilənlər bazası, HTML və CSS kodlarınız ) yerləşdirildiyi yerdir.
Hostinqin istifadə məqsədi nədir?
Veb sayt sahibləri veb saytlarının hər zaman əlçatan olmasını istəyirlərsə, ilk növbədə hostinq xidmətindən yararlanmalıdırlar. Misal üçün; İnternetdə satılan bütün e-ticarət platformaları, blog səhifəsi sahibləri və ya forum saytları hostinq dəstəyinə malikdir.
Hostinq xidmətinə bir çox funksiyalar daxildir. Səhifənin sürətli yüklənməsi, səhifədəki məzmunun kopyalanmaması və müxtəlif təhlükəsizlik tədbirlərini bu hostinq xidmətlərinin üstünlükləri sırasında saymaq olar. Keyfiyyətli hostinq xidmətindən faydalanmaq həm də sistemdə məlumat itkisinin qarşısını alacaq və təhlükəsiz platformada xidmət göstərməyə imkan verəcək.
Hosting necə seçilir?
Hostinq xidməti adətən illik təklif olunur, bəzi paketlər isə aylıq təklif olunur. Hostinq alarkən nəzərə alınmalı olan ilk şey düşündüyünüz şirkətin etibarlılığıdır. Əgər hər hansı bir şirkəti araşdırarkən oxşar səviyyəli müxtəlif şirkətlərin təklif etdiyi hostinq xidmətindən fərqli qiymətlə qarşılaşsanız, bu o deməkdir ki, xidmət müddətinin sonuna qədər həmin xidmətdən istifadə edə bilməyəcəksiniz. Bir Hosting seçərkən təklif olunan müxtəlif hosting xidmətlərini nəzərə almaq vacibdir. Saytınızı harada yerləşdirmək istədiyinizi müəyyən edərkən nəzərə alınmalı olan bir neçə məqam var.
Nə tip bir veb sayt qurursunuz? e-ticarət, blog, portfolio,xəbər və s.
Veb sayt növünə əsasən, saytınızı idarə etmək üçün lazım olan bant genişliyi nədir.
Domeniniz üçün e-poçt ünvanları yarada bilərsinizmi?
Hansı növ hostinq seçimləri mövcuddur?
SSL Sertifikatlar təqdim edirlərmi?
Hostinq provayderini seçdikdən sonra domen qeydiyyatınızı tamamlamaq asandır! Çox vaxt veb hostinq və domen xidməti göstərən şirkət eyni ola bilir.