Hello World nədir?

Hello World nədir və nə işə yarayır?

İnkişaf etməkdə olan texnologiyalar sayəsində insanlar indi proqram dilləri ilə daha çox maraqlanırlar. Hello World, bütün proqramlaşdırma dillərində ilk nümunə olaraq, dilin əsas sintaksisini göstərmək üçün istifadə olunur.

"Hello World" proqramlaşdırmanın girişi qəbul edilir.

Çünki kod yazmağa başlayan hər kəs ekrana ilk çıxışı Hello World və ya Salam Dünya olaraq yazır. Bu termin tez-tez  dərslərdə  istifadə olunur.Qısaca proqramın məqsədi yeni öyrənilmiş proqramlaşdırma dilində sadə bir kod yazaraq proqramlaşdırmanın məntiqini anlamaqdır.

Hello World proqramının çıxış hekayəsi

Proqram bilinən ilk versiyası 1972 -ci ildə Brain Wilson Kerninghan tərəfindən "B Dilinə Təlimatlı Giriş" məqaləsində yazılmışdır. 1978 -ci ildə isə Brain Wilson Kerninghan və Dennis Ritchie tərəfindən yazılmış "C proqramlaşdırma dili" kitabında C dilini

#include <stdio.h>

main(){
  printf("Hello World!\n");
}

 bu kod ilə tanıdmasından sonra, 'Hello World' ilə kodlamağa başlamaq ənənə halını almışdır.