Graphical Kernel System ( GKS ) nədir?

Graphical Kernel System ( GKS ) – kompüter qrafikasının beynəlxalq standartı ; Amerika Milli Standartlar İnstitutu ( ANSI ) və Beynəlxalq Standartlaşdırma Təşkilatı ( ISO ) tərəfindən rəsmən tanınir . GKS qrafik görüntülərin təsviri manipulyasiyası, saxlanması və ötürülməsinin standart üsullarını proqramçıların ixtiyarına verən interfeysdir . GKS aparat deyil , tətbiqi səviyyədə fəaliyyət göstərir və ayrı – ayrı qurğularla deyil , ” məntiqi iş stansiyaları ” – giriş və çıxış qurğularının kombinasiyaları ilə ( məsələn , klaviatura , siçan və monitor ) işləyir. Bunun sayəsində görüntüləri müxtəlif qurğular vasitəsilə daxil etmək , çıxarmaq və onları heç bir çətinlik çəkmədən ötürmək olar. 1978 – ci ildə buraxılmış GKS standartı ilkin olaraq ikiölçülü qrafiklərin emalı üçün nəzərdə tutulmuşdu ; sonrakı GKS – 3D modifikasiyasında üçölçülü qrafiklərlə işləmək imkanları yarandı.