Gigabaytlar, Terabaytlar, və Petabaytlar nədir?
Terabaytlar, Gigabaytlar, Petabaytlar: Bu ölçü vahidləri nə qədər böyükdür?
Terabayt nədir? Yaddaşda nə qədər gigabayt olur və yaxud yaddaş kartı özündə neçə gigabayt saxlayır? Yeni rəqəmsal qurğular, sərt disk və yaxud yaddaş kartı aldıqda bu suallar hamının ağlına gəlir. Bu ölçü vahidləri nə qədər işlək hala gəlsə də hələ də bir çox insan onların nə olduğunu bilmir.
Beləliklə sərt disk almamışdan və dostlarınıza öz texnoloji bacarıqlarınızı göstərməzdən əvvəl bu ölçü vahidləri, onların bir birilə əlaqəsi, onların ölçüləri haqda bilmək vacibdir. Yaxşı xəbər budur ki, bu ölçü vahidləri göründükləri qədər qəliz deyillər.
Bu məqalədə siz bir ölçü vahidindən digərinə keçməyi və onların ifadə etdiyi əsas bilikləri öyrənəcəksiz.
İnformasiya ölçü vahidləri hansılardır?
Eksabayt, Petabayt, Terabayt, Gigabayt, Megabayt, Kilobayt və bayt informasiya ölçü vahidləridir
Onları ölçüləri, və ümumi qısaltmalar birləşdirir. Düzgün qısaltma əldə etmək üçün sizin etməli olduğunuz şey sadəcə olaraq ilk hərfi götürüb sonuna “B”( baytı göstərir) əlavə etmək lazımdır, məsələn Gigabayt GB, Terabayt isə TB-dir. Bayt sadaladığımız bütün terminlərlə ümümi xüsusiyyətlərə malikdir. Siz onu ölçü vahidinin xanası kimi görə bilərsiz.
Ölçü vahidlərindən danışarkən ağlımıza gələn ölçü vahidlərindən biri də bit-dir. Əgər bayt informasiya saxlama sahəsidirsə, o zaman bit nədir? 8 bit bir bayt olduğu üçün bit ölçü vahidinin kiçik olduğunu başa düşmək olar.
Ən böyük informasiya ölçü vahidi hansıdır?
Sadəcə etməli olduğunuz şey ölçü vahidlərindən hansının böyük olduğunu müəyyən etmək və ona uyğun iş görməkdir. Eksabayt ən böyük informasiya ölçü vahididir və ondan sonra petabayt. Terabayt, gigabayt, megabayt, kilobayt və bayt gəlir. Sadədir elə deyilmi?
Bir ölçü vahidindən digər ölçü vahidinə necə keçə bilərəm?
Hər bir informasiya ölçü vahidi bir birindən 1024(210) sayla fərqlənir.
1TB 1024 GB-dır və daha çox açmış olarsaq 1,048,576MB və s. edir. Bu onu göstərir ki,GB-dan TB almaq üçün onu 1024-ə vurmaq lazımdır və yaxud əksini etsək 1024-ə bölmək lazımdır.
Diqqətlə baxsanız görərsiniz ki, eksabayt çevirmədə iştirak etmədi. Bunun səbəbi sərt disklərdə və yaddaş kartlarında terabayt, gigabayt, megabayt və kilobaytlardan istifadə olunur.