Framework Nədir?

Framework (freymvork) proqram sisteminin strukturudur. Böyük proqram layihəsinin müxtəlif komponentlərinin işlənib hazırlanmasını və birləşdirilməsini asanlaşdıran proqram təminatıdır.

Framework-lər çox yönlü, güclü və səmərəlidir, çünki onlar tez -tez bir neçə təcrübəli proqram mühəndisi və proqramçı tərəfindən  sınaqdan keçirilir və optimallaşdırılır. Framework olmazsa, bir tətbiqi  hazırlamaq üçün daha çox vaxt və səy tələb olunur.

Framework Nə Üçün İstifadə Olunur?

Framework-lər vaxta qənaət etmək və qısa yollar təmin etmək üçün hazırlanmışdır. 

Framework-lər olmadan da çox sadə bir veb sayt və ya müasir bir veb tətbiq hazırlaya bilərsiniz. Ancaq, bu dəyərli vaxtınızı almağdan başqa bir şey etməyəcək və işiniz çox uzanacaq. Baxın burdada framework işin içinə girir və sizə dəyərli vaxtınızdan səmərəli istifadə etməyə kömək edir. Çünki, framework-lər inkişaf prosesini optimallaşdırır və işi asanlaşdıran koddan istifadə etməyə, dəyişdirməyə və inteqrasiya etməyə imkan verir. Bütün developer-lər və proqramçılar, hər zaman istifadə etməsələr də, framework-ləri bilirlər.

Ən Çox İstifadə Edilən Framework-lər ?


1. PHP Dilində Ən Çox İstifadə Edilən Framework

Laravel, dünyanın ən populyar pulsuz, açıq mənbə PHP framework-dür.Veb saytlar və onlayn tətbiqlər yaratmaq üçün, çevik və xüsusiyyət baxımından zəngin framework-dür.

2. Javascript Dilində Ən Çox İstifadə Edilən Framework

React, JS dünyasının en yayqın framework-üdür.

React ilə istifadə edə biləcəyiniz bəzi kitabxanalar: Redux, MobX, Fluxy, Fluxible və ya RefluxJS. React-ı həm də jQuery AJAX, Superagent və Axios ilə də istifadə edilə bilər.

3. Java Dilində Ən Çox İstifadə Edilən Framework

Java dilində isə buna Spring framework-ünü deyə bilərik. Spring demək olar ki, hər hansı bir Java layihəsi üçün istifadə edilə bilər.Layihənizin bütün sahələrində işləmək üçün Spring-dən istifadə edə bilərsiniz.