Ethical Hacking nədir?
Ethical Hacking(Etik Hakerlik) nədir?
Gələcəkdə pis niyyətli hakerlərin istifadə edə biləcəyi zəif yerləri aşkarlamaq məqsədilə şirkət sahibinin öz razılığı ilə ona məxsus sisitemin təhlükəsizliyinə hücum edən kopüter və şəbəkə eksperti. Etik hakerliyin məqsədi sınaq zamanı aşkar edilmiş boşluqları aradan qaldırmaqla şəbəkə və ya sistemlərin təhlükəsizliyini yaxşılaşdırmaqdır. Etik hakerlər, təhlükəsizliyi yaxşılaşdırmaq və sistemləri zərərli istifadəçilərin hücumlarından qorumaq məqsədi ilə səlahiyyətli şəxsin icazəsini alaraq, zərərli hakerlər tərəfindən istifadə edilən eyni üsul və vasitələri istifadə edərək sistemin açığlarını yoxlayırlar.
Etik hakerlərin proses zamanı aşkar edilən bütün təhlükəsizlik açığları və zəifliklər barədə rəhbərliyə məlumat verməsi gözlənilir. Sistemin təhlükəsizliyini yoxlamaq üçün etik hakerlər (ETHİCAL HACKER) öz “məsləkdaşlarının” metodlarindan istifadə edirlər,ancaq aşkarladıkları boşluqlardan istifadə etmək əvəzinə bu haqda rəhbərliyi məlumatlandırılar. Etik hakerlik “soxulma sınağı” (PENETRATİON TESTİNG), “müdaxilə sınağı” (INTRUSION TESTING) və “qırmızı birlik” (RED TEAMING) kimi də tanınır. Etik hakerləri bəzən ağ papaqlı (WHITE HAT) adlandırırlar; termin köhnə Qərb filimindən qaynaqlanır,belə ki,həmin filimdən “yaxşı oğlanlar” başlarına ağ papaq, “pis oğlanlar” isə qara papaq qoyurdular.
s