Ən böyük investorlar

Apple səhmlərini almaq məntiqlidirmi?

Ən böyük texnologiya şirkəti Apple həm də investisiya dünyasının sevimlisidir. 16 milyarddan çox səhmi olan texnologiya nəhəngi, sentyabr ayı etibarilə təxminən 2,5 trilyon dollar dəyərində bir şirkətdir.

2021-ci ilin məlumatlarına görə, Apple-ın 900 milyondan çox aktiv iPhone istifadəçisi var və bazarın təxminən 25 faizini idarə edir. Qlobal miqyasda Android-dən geri qalmasına baxmayaraq, digər 75 faizinin onlarla şirkət (Samsung, Xiaomi, Oppo və s.) tərəfindən paylaşıldığınıda unutmamaq lazımdır.

16 milyarddan çox səhmə sahib olan Apple, tənəzzül səbəbiylə səhm dəyərində itki yaşayır. Apple-ın payı təxminən 150 dollardır və bu dəyərin iPhone 14 ilə artması gözlənilir.

Macrotrends-in araşdırmasına görə, Apple-ın ən böyük investorları ümumilikdə təşkilatlardır. 2021-ci ildəki hesabatda 1,3 milyarddan çox səhmi olan Vanguard Group-un 7,8 faiz paya sahib olduğu ortaya çıxdı. İkinci yerdə 1,11 milyard səhmlə BlackRock qərarlaşıb ki, bu da şirkətin 6,6 faizini təşkil edir.

Berkshire Hathaway, Apple-ın üçüncü ən böyük investorudur. O, 1 milyarddan çox səhmi olan texnologiya nəhənginin 6%-nə sahibdir.