Elon Musk Twitter-i satın aldı
Amerikalı milyarder İlon Mask nəhəng sosial media platforması Twitter-i satın alıb.
Tesla və SpaceX-in baş direktoru İlon Mask Twitter sosial media platformasını 44 milyard dollara satın alıb. Twitter-dən edilən açıqlamada İlon Maskın 44 milyard dollarlıq təklifi ilə razılaşdıqları bildirilib.
Bildirilib ki, bütün şirkət Maska məxsus bir təşkilat tərəfindən bir səhm üçün 54,20 dollara alınacaq və satınalma tamamlandıqdan sonra Twitter özəl şirkətə çevriləcək.
Twitter-i almaq üçün razılaşdığını mətbuat şərhində açıqlayan Mask, "İfadə azadlığı işləyən demokratiyanın təməl daşıdır və Twitter bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyətli məsələlərin müzakirə edildiyi rəqəmsal şəhər meydanıdır" dedi. Mən həmçinin məhsulu yeni xüsusiyyətlərlə, etibarı artırmaq üçün açıq mənbə alqoritmləri ilə təkmilləşdirmək, spam botları aradan qaldırmaq və bütün insanları autentifikasiya etməklə Twitter-i həmişəkindən daha yaxşı etmək istəyirəm. "Twitter-in böyük potensialı var - mən şirkətlə işləməyi səbirsizliklə gözləyirəm" dedi.