Elon Musk Twitter-də kütləvi ixtisara hazırlaşır.
Məlum olub ki, Twitter-i satın alan Elon Mask geniş miqyaslı ixtisarlar planlaşdırır.
Bu yaxınlarda Twitter-ın 44 milyard dollarlıq alışını tamamlayan Elon Musk, baş direktor Parag Agrawal-da daxil olmaqla bəzi rəhbərləri işdən çıxardı.
Əldə edilən məlumata görə, məşhur milyarderin işdən çıxarmaları bununla məhdudlaşmayacaq.
The New York Times-ın xəbərinə görə, Elon Mask menecerlərinə göstəriş verib və Twitter-da işdən çıxarılacaq işçilərin siyahısını hazırlamağı istəyib.
“Mən işçilərin 75 faizini işdən çıxaracağam“ deyə İlon Mask bildirib.
Tesla və SpaceX CEO-su Twitter-ı satın almadan əvvəl platformanın işçi qüvvəsinin 75 faiz azaldılacağını söyləmişdi. Maskın işçilərin sayını o qədər də kəskin azaltmayacağı bildirilir.
İşdən çıxarılmaların noyabrın 1-dən əvvəl baş verəcəyi gözlənilir. İlon Maskdan yeni qərarla bağlı hələlik heç bir açıqlama verməyib.