Elon Musk parfümeriya biznesinə girdi

Dünyanın ən varlı adamı olan İlon Mask, nəhayət, elektrik avtomobilləri və kosmik gəmilərdən sonra parfümeriya biznesinə girdi.

Musk 2016-cı ildə qurduğu "The Boring Company" adlı şirkəti ilə "Burnt Hair" adlı ətir buraxıb. Şüarı “əks arzunun özü” olan ətir, 100 dollara satışa çıxarıldıqdan sonra böyük marağa səbəb olub.

Musk ilk gündə 10 mindən çox satdıqlarını açıqladı. Amerikalı sahibkar bildirib ki, ətir kriptovalyuta ilə də alına bilər.

'DÜNYANIN ƏN GÖZƏL QOXUSU'

Məhsulu tanıdan tvitində Musk ətri "dünyanın ən gözəl qoxusu" adlandırıb. Başqa bir yazısında isə “Mənim kimi bir adın ətir biznesinə girməsi qaçılmaz idi. Niyə bu qədər uzun müddət mübarizə apardım ki?” ifadələrdən istifadə etmişdir.

SpaceX və Tesla-nın CEO-su, İlon Mask Twitter profilində “ətir satıcısı” kimi yazıb.