e-SiM nədir ?
Son zamanlar tez-tez gördüyümüz e-SİM nədir?
“e-SIM” “yerləşdirilmiş SİM” termininin abreviaturasıdır. İstifadə etdiyimiz SİM kartlardan fərqli olaraq, e-SIM daxili inteqrasiya edilmiş sxemdir. Yəni istifadə edilən cihazda sabit və daimi bir sistemdir. Bu sistemlə SİM kartın nömrəsinin dəyişdirilməsinə və ya operator dəyişikliyinə ehtiyac yoxdur.
Məlumat e-SIM-ə yazıla bilər. Yəni müştəri xidməti ilə zəng edərək nömrəni və ya operatoru dəyişmək mümkündür.
e-SIM ilə kartların baxım, giriş, logistika və saxlanması kimi proses xərcləri aradan qaldırılır. Plastikdən istifadəni azaldan bu texnologiya həm iqtisadi, həm də ekoloji cəhətdən təmizdir.
e-SIM fiziki kart olmadığı üçün ənənəvi kartlardan həm daha möhkəm, həm də daha təhlükəsizdir.
Elektron SİM və ənənəvi SİM kartın müqayisəsi.
Elektron SİM (e-SİM) bizə nə verəcək?
“IoT” - (Internet of Things) yəni “Əşyaların İnterneti” daha çox yayılacaq. Çünki e-SIM texnologiyası ilə quraşdırılmış sistemlərdən istifadə etməklə obyektlər fiziki SİM karta ehtiyac duymadan internetə sahib olacaqlar.
Bunun ən sadə nümunəsi Apple Watch Series ağıllı saatlarıdır. Apple uzun müddətdir ki, bu texnologiyanı öz smart saatlarında istifadə edir.
e-SİM-dən necə istifadə etməli?
e-SIM texnologiyası ölkəmizdəki əksər GSM operatorları tərəfindən dəstəklənir. İlk növbədə cihazınız bu texnologiyanı dəstəkləməlidir.
Apple cihazlarında iPhone XR, iPhone XS və XS Max;
Samsung cihazlarında Galaxy S20, S20+, S20 Ultra; Note 20 və Note 20 Ultra;
Google cihazlarında Pixel 3 və Pixel 3XL modellərindən başlayaraq bu seriyalarda ikili SIM dəstəyi təklif olunur.
Bundan əlavə, telefonlarda fiziki SİM kart yuvası da var, beləliklə siz telefonunuzdan ikili SİM kartla istifadə edə bilərsiniz.
Elektron SIM-i necə aktivləşdirmək olar?
Əgər cihazınız e-SIM-i dəstəkləyirsə:
Nar mobile: https://esim.nar.az/az
Bakcell: https://esim.bakcell.com/az