CTF nədir?
CTF nə deməkdir ?
CTF (Capture the flag) kibertəhlükəsizlik sahəsində keçirilən və "bayrağı tutmaq" kimi tərcümə edilən praktiki təlim yarışlarıdır. Yarışların keçirilməsində əsas məqsəd hakerlik haqqında məlumata sahib olan insanlara bu bilikləri praktikada tətbiq etmək və özlərini sınamaq imkanı yaratmaqdır.
CTF yarışlarının iştirakçıları hakerlərdən tutmuş təhlükəsizlik mütəxəssislərinə, informasiya təhlükəsizliyi üzrə tədqiqat qruplarından tələbələrə qədərdir.
Demək olar ki, CTF müsabiqələrində iştirak etmək informasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində işə və araşdırmalara başlamaq üçün “faydalı” ola bilər. CTF yarışları qrup və fərdi şəklində keçirilir.
CTF növləri hansılardır?
İki növ CTF var:
-Jeopardy
-Attack & Defense
Jeopardy
Müəyyən bir müddət ərzində verilən suallara cavab verməyə yönəldilmişdir. Sualların çətinlik səviyyələri və balları bir-birindən fərqlidir. Müsabiqədə iştirak edən şəxslər və ya komandalar ən çox xal toplamağa çalışırlar.
Attack – Defense
Belə yarışlarda hər komandaya bir sistem ayrılır. Komandalar həm öz sistemini qorumağa, həm də rəqib qrupun sisteminə sızmağa çalışırlar.
Gözlənilən bacarıqlar hansılardır?
Rəqiblərdən gözlənilən bacarıqlar açıqlıqların aşkar edilməsi,exploit inkişafı, toolkit (alətlər dəstinin) hazırlanması və qrupda iş bacarıqlarıdır. Uğurlu olmaq üçün qrup üzvləri bu sahələrdən ən azı birində, ideal olaraq isə hamısında biliklərə malik olmalıdırlar.
Fərdi və ya komanda halında CTF həll etmək üçün mütləq baxmalı olduğunuz saytlar;