Compressed file( sıxılmış fayl) az yer tutması üçün xüsusi utilit vasitəsilə öz ilkin faylı ilə müqayisədə ” sıxışdırılmış ” fayl. Sıxılmış fayllardan, adətən, proqram təminatının daşınması zamanı istifadə olunur və həmin daşıyıcıya faylları normal şəkillərinə qaytaran və onları istifadəçinin kompüterinin yaddasaxlama qurğusuna ( sərt diskə ) köçürən utilit də əlavə olunur. Belə utilitlər çox zaman quraşdırma proqramlarına qoyulur ki , bunun da nəticəsində istifadəçi sıxılmış faylların varlığını hiss etmir. Bəzi proqramlar , xüsusən qrafik fayllarla işləmək üçün nəzərdə tutulan proqramlar hər bir faylı diskə yazarkən sıxır və onu diskdən yükləyərkən bərpa edir; bu proses də istifadəçidən gizli gedir . Bunlardan başqa, verilənləri dinamik sıxan sistemlər də vardır ki, onların köməyi ilə disklərin həcminə əhəmiyyətli dərəcədə ( 1.5-2 dəfə ) qənaət etmək olur. Belə sistemlərlə işləyən disklərdə bütün proqramlar və verilənlər bir və ya bir neçə sıxılmış faylda saxlanılır , ancaq bu zaman istifadəçi disklə adi qaydada işləyir. Verilənləri dinamik sıxan sistemlərə örnək olaraq Microsoft DoubleSpace və DriveSpace ( MS – DOS və Windows üçün ) , Stac Electronics firmasının Stacker ( MS – DOS , Windows və OS / 2 üçün ) proqramlarını göstərmək olar.
Müəllif
Əyyub Hacıyev
Salam dostlar!
Mən Hacıyev Əyyub. 10 ildən artıqdır ki proqramlaşdırma ilə məş....