CGİ nədir?

Computer Graphics Interface ( CGI ) – kompüter qrafikası interfeysi ; printer və plotter kimi kompüter qrafikası qurğularına münasibətdə tətbiq olunan proqram təminatına qoyulan standart. CGI hamı tərəfindən qəbul olunmuş qrafik standart olan GKS – nin ( Graphical Kernel System ) uzaq ” qohumudur ” . ( GKS kompüter qrafikasının yaradılmasının , onun emalının və ekrana və ya çapa verilməsinin standart üsullarını müəyyənləşdirir ) . CGI çeşidli çıxış qurğularının ünvanlanmasının ümumi dili olduğundan sistemin arxitekturası və ya konkret növ avadanlıqların imkanları ilə işləmək zərurətindən azad edir .