Apple Pay artıq Azərbaycandadır
“Apple Pay” ödəniş sistemi bu gündən Azərbaycanda aktiv edildi. Ödəniş sistemi Bakı vaxtı ilə saat 10:00-da fəaliyyətə başladı. Artıq Apple Pay ödəniş sitemindən istifadə edərərk alış-verişlərinizi çox rahat və təmassız şəkildə həyata keçirə bilərsiniz.
Ödənişi həyata keçirmək üçün sadəcə "ucuz" iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmağınız yetərlidir. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.
Təhlükəsizlik və məxfilik Apple Pay-in ən əsas yerdə durur. Siz kredit və ya debit kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələriniz nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır.
Apple Pay-i istifadə etmək çox asandır. Bunun üçün sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini klikləyib oradakı təlimatlara əsasən Kapital Bank, ABB, Unibank,Bank Respublika kredit və ya debit kartını əlavə etmək kifayətdir. Əgər siz də Apple markalı ağıllı telefona, saata və sadaladığımız bankların kartına sahibsinizsə alış-verişlərinizi çox rahat və təmassız şəkildə həyata keçirə bilərsiniz. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan vaxtdan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər.
“Apple Pay” nədir?
Apple Pay son istifadəçilərinin kredit və debet kartlarını Apple cihazlarındakı NFC texnologiyası vaistəsilə tez, asan və təhlükəsiz ödəniş etməsinə imkan verən texnologiyadır.
Müştəri ilə satıcı arasında, alıcının ödəmə edə bilməsi üçün NFC texnologiyası vasitəsilə əlaqə qurulur. Satıcılar ödəniş tələb etdikdə, müştərilər Apple Pay tərəfindən dəstəklənən cihaz vasitəsilə Barmaq izi (*Touch Id) və ya Üz tanıma (*Üz Id) ilə təsdiq edərək, ödəniş əməliyyatlarını təhlükəsiz şəkildə tamamlaya bilərlər. Bu nöqtədə deyə bilərik ki, müştərilər ödənişdən əvvəl təhlükəsizlik mexanizmi sayəsində sürətli və təhlükəsiz ödəniş edə bilərlər.
Bundan əlavə, Apple müştərilərin kart məlumatlarını satıcı ilə paylaşmamaq üçün təsadüfi yaradılmış unikal dəyər (*token) alqoritmindən istifadə edir. Bu sayədə satıcı heç vaxt müştərinin 16 rəqəmli kart nömrəsinə, son istifadə tarixinə və cvv məlumatlarına daxil ola bilmir.
Satıcının cihazına göndərilən unikal birdəfəlik dəyər sayəsində müştəri məlumatları müvafiq banka ötürülür. Bu əməliyyatdan sonra bankdan alınan cavaba əsasən əməliyyatın nəticəsi satıcı terminalında və son istifadəçi ekranında əks olunur.
Bu prosesin necə işlədiyini izləmək istəyirsinizsə, aşağıda Apple Pay texnologiyasının demosu olan bir video paylaşıram.
Apple Pay dəstəkləyən ölkələrə
bu linkdən baxa bilərsiniz.
Müəllif
Əyyub Hacıyev
Salam dostlar!
Mən Hacıyev Əyyub. 10 ildən artıqdır ki proqramlaşdırma ilə məşğul oluram.....