API nədir?

API yəni Application Programming Interface, Azərbaycan dilində tətbiq proqramlaşdırma interfeysi mənasına gəlir. Application Programming Interface (API) proqramçıların proqram təminatı hazırlamaq və ya fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq üçün istifadə etdikləri protokollar, rutinlər, funksiyalar və ya əmrlər toplusudur. API, müxtəlif və fərqli proqram tətbiqlərini birləşdirmək üçün güclü və çox yönlü vasitədir. API-lar bir-biri ilə əlaqəsi olmayan çoxlu proqram məhsullarına digər proqramlarla və verilənlərlə inteqrasiya etməyə və birlikdə işləməsinə imkan verir.

API-lar həm masa üstü, həm də mobil istifadə üçün əlçatandır və adətən GUI (qrafik istifadəçi interfeysi) komponentlərinin proqramlaşdırılması üçün faydalıdır, eləcə də bir proqrama başqa proqramdan xidmətlər tələb etmək və yerləşdirmək imkanı verir.

Sadə şəkildə desək, A tətbiqinin xüsusiyyətlərini B tətbiqində də istifadə etməyəyimizə imkan verən struktura API deyirik. Məsələn, texno.blog saytından(və ya tətbiqindən) publisist.az saytına(və ya tətbiqinə) aid API-yı çağıraraq, biz publisist.az saytında dəstəklənən bütün əməliyyatları texno.blog da yerinə yetirə bilərik. Hər dəfə WhatsApp kimi proqramdan istifadə etdikdə, ani mesaj göndərəndə və ya telefonunuzda hava vəziyyətini yoxlayanda API istifadə edirsiniz.

Bu istifadə müddəti ərzində siz tətbiqin özünə ehtiyac duymadan icazə verilən xüsusiyyətləri, funksiyaları və məzmunu əldə edə və yaxud göndərə bilərsiniz. Əlbəttə əsasən girişlər müəyyən məhdudiyyətlərə malikdir və qeyd olunur(logging). Bundan əlavə, həyata keçirmək istədiyiniz əməliyyatlar üçün daxil olmaq istədiyiniz tətbiq tərəfindən sizə verilən giriş məlumatlarından istifadə etməlisiniz.

API necə işləyir?

Məsələn, mobil telefonunuzda tətbiqdən istifadə etdiyiniz zaman tətbiq internetə qoşulur və məlumatları serverə göndərir. Sonra server bu məlumatları qəbul edir, şərh edir, lazımi hərəkətləri yerinə yetirir və yenidən telefonunuza göndərir. Sonra tətbiq bu məlumatları şərh edir və istədiyiniz məlumatı oxunaqlı şəkildə təqdim edir. Budur API. Bütün bunlar API vasitəsilə baş verir.


Bunu daha yaxşı izah etmək üçün, şəkildə də göstərdiyimiz kimi gündəlik həyatdan bir bənzətmə istifadə edək:

Sifariş verə biləcəyiniz bir menyu ilə bir restoranda masa arxasında oturduğunuzu düşünün. Mətbəx, sifarişinizi hazırlayacaq "sistemin" bir hissəsidir. Çatışmayan şey, sifarişinizi mətbəxə ötürəcək və yeməyinizi yenidən masanıza çatdıracaq kritik bir əlaqədir.  Bax bura, Ofisiant və ya API-ın şəkilə girdiyi yerdir. Ofisiant - və ya API - sifarişinizi qəbul edən və mətbəxə - sistemə - nə edəcəyinizi söyləyən vasitəçidir. Sonra ofisiant cavabı sizə göndərir; Bu nümunədə cavab sizin yeməyiniziçkinizdir.

API-ın növləri?

API-lar geniş şəkildə qəbul edilir və veb proqramlarda istifadə olunur. Veb-əsaslı proqramlarda adətən istifadə olunan dörd əsas API növü vardır: public, partner, private və composite. Bu kontekstdə API "növü" nəzərdə tutulan istifadə sahəsini göstərir.


Public API(digər adıyla Open API) : Public API hərkəsə açıqdır və istənilən developer və ya müəssisə tərəfindən istifadə edilə bilər. Open API və ya Public API-ların heç bir məhdudiyyəti yoxdur və onlar zamanla bir çox developer tərəfindən inkişaf etdirilə bilər. Onlar təhlükəsiz olsa da, mexanizmlərə hər kəs daxil ola, əlavə edə və dəyişdirilə bilər. Public API-lər adətən orta səviyyəli autentifikasiya və avtorizasiyanı əhatə edir. Müəssisə həmçinin public API-dən istifadə etmək üçün hər zəngə görə qiymət qoyaraq API-dən pul qazanmağa cəhd edə bilər.

Internal API(digər adıyla Private API) : Private API və ya Internal API-lar yalnız daxili sistemlər üçün mövcuddur. Bu növ API-dan istifadə etmək üçün sizə xüsusi hüquqlar və ya lisenziyalar lazımdır. Bu API-lar adətən firewall və şirkət protokollarının arxasında yaxşı qorunur, çünki onlar ictimaiyyət üçün açıq olmayan vacib şirkət məlumatlarını saxlayır. Məsələn, Internal API, təşkilatın əmək haqqı və HR sistemlərini birləşdirə bilər.

Partner API :  Partner API-ları iş ortaqları ilə əməkdaşlıq etmək üçün istifadə olunur. Partner API-ları ictimaiyyət üçün əlçatan deyil, ancaq Internal API-lar kimi, onlar yalnız autentifikasiya və avtorizasiya mexanizmləri vasitəsilə müəyyən istifadəçi qrupları üçün əlçatandır. Bununla belə, Internal API-lardan fərqli olaraq, Partner API-lar şirkətdən kənarda fəaliyyət göstərir və buna görə də əlavə təhlükəsizlik tədbirləri tələb edir.

Composite API : Adından da göründüyü kimi, Composite API-lar developerin istədiyi nəticəni yaratmaq üçün müxtəlif məlumat və xidmət API-larini birləşdirir. Tək bir tapşırıq tərəfindən işə salınmaq əvəzinə, Composite API-lar icraya görə ardıcıllıqla birlikdə işləyir. Bu API növü prosesi sürətləndirir və istifadəçi ilə qarşılıqlı əlaqəni artırır.