Amazon Web Services(AWS) nədir?
AWS nədir?
Amazon Veb Xidmətləri (AWS) şirkətlərə bizneslərini genişləndirməyə və inkişaf etdirməyə kömək etmək, hesablama gücü, verilənlər bazası saxlanması, məzmunun çatdırılması və digər funksional xidmətlər təklif edən bulud xidməti platformasıdır. AWS, bulud serveri sahəsində milyonlarla istifadəçinin ilk seçimi olan IaaS, PaaS və SaaS kimi xidmətlər təklif edir. Milyonlarla aktiv müştərisi ilə bu sahədə ən uğurlu bulud həlli təklif edənlərdən biri olan Amazon, Shazam, Spotify, Airbnb, Soundcloud, Foursquare, WIX və Ubisoft da daxil olmaqla dünyaca məşhur texnologiyaların seçimidir.
2006-cı ildə Amazon xidməti olaraq qlobal bazara çıxan AWS-in əsas məqsədi onlayn satıcıların bulud server ehtiyaclarını ödəmək idi. Tam tərcüməsi fərqli olsada "istifadə etdiyin qədər ödə" yəni “pay-as-you-go” ödəmə modelini qəbul edən şirkət istifadəçilərinə onların emal, saxlama və digər server ehtiyaclarını istədikləri kimi genişləndirmək və fərqləndirmə üstünlüyünü təklif edir.
Dünya üzrə məlumat mərkəzlərinin köməyi ilə geniş çeşiddə xidmətlər təqdim edən Amazon Web Services coğrafi baxımdan fərqli yerlərdə serverlərə malikdir. Amazon-un müxtəlif yerlərdə serverləri olması faktı həmişə ən yaxın serverdən emal edərək istifadəçilərin giriş vaxtını yaxşılaşdırmaq məqsədi daşıyır. Yəni daha sürətli bir xidmət.
AWS aşağı ödənişlər üçün yüksək performans təklif etmək, müştərilərin ehtiyaclarını istədikləri kimi genişləndirmək, miqyasına görə ödəmək kimi praktik üstünlüklərinə görə İT sektorunda ən çox istifadə edilən xidmətlərdən biridir.
AWS tərəfindən təklif olunan bəzi xidmətlər:
- Verillərin saxlanması
- Verilənlər bazası və verilənlər bazası idarəetməsi
- Hibrid bulud
- Şəbəkə
- İdarəetmə və monitorinq
- Təhlükəsizlik
- Süni intellekt
- Mobil Proqramlaşdırma
- Mesajlar və bildirişlər